İngiltərədə məşhur bir məkan botoks etdirmiş qonaqlara qapılarını bağlamaq qərarına gəlib.
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, İngiltərənin ən məşhur komediya klublarından biri olan "Top Secret Comedy Club" botoks etdirən qonaqları qəbul etməmək qərarına gəlib. Komediyaçılar reaksiya verməyən üzlərdən şikayət etdikdən sonra məkan "face-test” (mimik test) giriş sisteminə keçib.
Məkanın sahibi Mark Rotman, botoks tətbiq edən tamaşaçıların səhnədə komediyaçılarla əlaqə qura bilmədiyini və bunun mühitin enerjisini aşağı saldığını bildirərək, bu sözləri söylədi: "Bizim komediyaçılar cavab verməyən simalara zarafat etməkdən yorulublar. Mimika komediyanın ən vacib elementlərindən biridir. Biz tamaşaçıların gülməsini, qaşqabağını, gülüşünü görmək istəyirik".
Gülay