İngiltərə Baş naziri Rişi Sunak gələcək nəsilləri siqaretin zərərlərindən qorumaq üçün qanunlar çıxaracaqlarını və hər il siqaret alma yaşını artırmağı planlaşdırdıqlarını bildirib.
AZXEBER.COM xəbər verir ki, Rişi Sunak lideri olduğu Mühafizəkarlar Partiyasının illik konfransının bağlanışında ölkə gündəmində olan bir çox məsələ ilə bağlı açıqlamalar verib.
Baş nazir Rişi Sunak çıxışında gənclərə siqaret satışının qadağan edilməsi ilə bağlı qanunun İngiltərə parlamentində səsverməyə çıxarılacağını qeyd edərək, siqaret alma yaşının artırılacağın bildirib.
O, elektron siqaretlərin istifadəsi ilə bağlı da açıqlamalar verib: "Biz həmçinin elektron siqaretləri məhdudlaşdırmaq üçün tədbirlər görəcəyik”.
Ayşən