İngiltərədə ilk dəfə hicablı müsəlman qadın hakim təyin olunub.
AZXEBER.COM "Haber Global”a istinadən xəbər verir ki, İngiltərə tarixində ilk dəfə olaraq hicablı qadın hakim təyin olunub. Hakim təyin olunan qadın 40 yaşlı Raffia Arşaddır.
Bildirilib ki, 3 uşaq anası olan R.Arşad Midlands bölgəsinə məhkəmə hakimi olaraq təyinat alıb.
O, 17 ildir vəkil kimi fəaliyyət göstərdiyini və ailə məsələləri ilə məşğul olduğunu deyib.