İngiltərədə partlayış nəticəsində azı bir nəfər ölüb, xəsarət alan var

İngiltərədə partlayış nəticəsində azı bir nəfər ölüb, xəsarət alan var
DÜNYA
00:42 15.11.2021
392
İngiltərənin Liverpul şəhərində xəstəxana yaxınlığında avtomobilin partlaması nəticəsində ən azı bir nəfər ölüb, daha bir nəfər yaralanıb.

AZXEBER.COM xəbər verir ki, bu barədə "Sky News” telekanalı polisə istinadən məlumat yayıb.

"İlkin olaraq, söhbət bir qədər əvvəl xəstəxananın yaxınlığında dayanan taksidəki partlayışdan gedir", - telekanal hüquq-mühafizə orqanlarının bəyanatından sitat gətirib.

"Sky News”un məlumatına görə, partlayış bazar günü səhər saatlarında baş verib. Yaralı xəstəxanaya yerləşdirilib, onun həyatı üçün təhlükə yoxdur.

Hadisənin araşdırılmasına terrorla mübarizə üzrə mütəxəssislər də qoşulub.
OXŞAR XƏBƏRLƏR