İngiltərədə sınaqdan keçirilən raket bir neçə saniyə sonra partladı

DÜNYA
12:23 20.08.2024
116
İngiltərədə sınaqdan keçirilən raket buraxılışdan bir neçə saniyə sonra partlayıb.
 
AZXEBER.COM xarici mətbuata istnadən xəbər verir ki, İngiltərənin Şetland adalarında yerləşən SaxaVord kosmodromunda sınaqdan keçirilən raket havaya  buraxıldıqdan sonra partlayıb.
 
Alman RFA şirkəti raketin itirildiyini, lakin heç kimin xəsarət almadığını açıqlayıb.
 
Şirkət sınaqların riskli ola biləcəyini, lakin məhsulun inkişafı üçün zəruri olduğunu bildirib.
 
Qeyd edək ki, bu qəza Britaniyanın kosmosa raket buraxmaq cəhdləri üçün böyük uğursuzluq kimi qiymətləndirilir.
 
Mütəxəssislər kosmik texnologiyada belə qəzaların normal olduğunu və ölkənin kosmik proqramının davam edəcəyini bildirirlər.
 
Gülay
OXŞAR XƏBƏRLƏR