İngiltərədə donuzlarda aşkar edilən A(H1N2) tipli qrip virusunun ilk dəfə insanda görüldüyü bildirilib.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, İngiltərə Sağlamlıq Təhlükəsizliyi Agentliyinin (UKHSA) verdiyi açıqlamada, ailə həkimləri ilə birgə həyata keçirilən qrip müayinəsi zamanı tənəffüs əlamətləri olan bir şəxsdə A(H1N2) virusunun aşkar edildiyi bildirilib.
Açıqlamada daha sonra UKHSA tərəfindən xəstəyə PCR testinin edildiyi və sözügedən xəstənin sağaldığı ifadə edilib.
Açıqlamada infeksiyanın mənbəyini müəyyən etmək üçün araşdırmaların davam etdiyi və xəstə ilə təmasda olan insanların nəzarətdə saxlandığı qeyd edilib və tənəffüs yoluxucu simptomlar göstərən şəxslərlə təmasda olan şəxslərin müayinədən keçmələri tövsiyə edilib.
Əldə edilən ilk məlumata görə, İngiltərədə görülən A(H1N2)-nin dünyadakı digər A(H1N2)-lərdən fərqli olduğu və İngiltərədə donuzlarda rast gəlinən qripə bənzədiyi ifadə edilib.
Açıqlamaya görə, A(H1N2) 2005-ci ildən bu yana dünya üzrə ümumilikdə 50 nəfərdə müşahidə edilib.
Ayşən