İngiltərədə zibil toplayanlar tətil edir: 17 min ton tullantı küçələrə yığıldı

İngiltərədə zibil toplayanlar tətil edir: 17 min ton tullantı küçələrə yığıldı
DÜNYA
10:47 01.04.2025
175
İngiltərənin Birmingem şəhərində davam edən zibil toplama tətili səbəbiylə 17 min ton zibil yığılmayıb.
 
AZXeBER.COM xarici mətbuata istinadən xəbər verir ki, Birmingem Şəhər Şurası tətil səbəbiylə şəhər daxilində yığılmamış tullantıların miqdarının artmasından sonra təcili plan işə salıb.
 
Bu çərçivədə zibillərin təmizlənməsi və qeyri-qanuni tullantıların çıxarılması üçün əlavə 35 maşın və qruplar ayrılıb.

Səlahiyyətlilər qonşu bələdiyyələrdən və hökumətdən dəstək alına biləcəyini, yanğın və sağlamlıq risklərinin azaldılması üçün birgə səylərin göstəriləcəyini bildiriblər.

"Unite” həmkarlar ittifaqına bağlı işçilərin tullantıların toplanması və təkrar emalı üzrə məmur vəzifəsinin ləğvinə qarşı qeyri-müəyyən tətilə başladığı açıqlanıb.
 
Tətil nəticəsində küçələrdə zibil yığılıb, şəhər sakinləri siçovulların çoxalmasından şikayətləniblər.

Bələdiyyə rəsmiləri bildiriblər ki, tətil edən işçilər zibil toplama mərkəzlərini bağlayıb və nəqliyyat vasitələrinin getməsinə mane olub, bu səbəbdən zibil yığıla bilmir.
 
Gülay
OXŞAR XƏBƏRLƏR