Böyük Britaniya "TikTok”u uşaqların məlumatlarından sui-istifadə etdiyinə görə 15,9 milyon dollar cərimələyib.
AZXEBER.COM xəbər verir ki, dünyanın ən populyar platformalarından biri olan "TikTok” xüsusilə gənc istifadəçiləri ilə diqqət çəkir. Ancaq bir müddətdir ki, platforma problemlərdən xilas olmayıb. İndi uşaqlara aid məlumatların sui-istifadə edildiyi iddia edilir.
Böyük Britaniyanın məxfiliyə nəzarət orqanı "TikTok”u uşaqların məlumatlarından sui-istifadə etdiyinə və gənc istifadəçilərin şəxsi məlumatlarının qorunmasını pozduğuna görə cərimələyib.
Böyük Britaniyanın Məlumatların Mühafizəsi İdarəsi (ICO) məşhur video paylaşma proqramını 12,7 milyon funt sterlinq (15,9 milyon dollar) məbləğində cərimələdiyini bildirib.
Məlumat pozuntularını araşdıran britaniyalı müşahidəçi bildirib ki, 2018-ci ilin mayından 2020-ci ilin iyuluna qədər "TikTok” müəyyən yaşlarda olan uşaqların hesab yaratmasını qadağan edən qaydalarına baxmayaraq, 2020-ci ildə Böyük Britaniyada 13 yaşından kiçik 1,4 milyon uşağa tətbiqdən istifadə etməyə icazə verib.
O, həmçinin əlavə edib ki, "TikTok” 13 yaşdan kiçik uşaqları aşkar etmək iqtidarında deyil. Uşaqların fiziki dünyada olduğu kimi rəqəmsal dünyada da təhlükəsiz olmasını təmin edəcək qanunların olduğu, lakin "TikTok”un bu qanunlara əməl etmədiyi bildirilib.
Ayşən