İngiltərə Daxili İşlər Nazirliyi Rusiyada narahatlığa səbəb olan "Vaqner” qrupunun sentyabrın 13-dən qadağan olunmuş təşkilatlar siyahısına salınması ilə bağlı sərəncam layihəsini parlamentə təqdim edib.
AZXEBER.COM xəbər verir ki, İngiltərə Daxili İşlər Nazirliyi tərəfindən edilən açıqlamada 13 sentyabrda qüvvəyə minməsi gözlənilən qərara uyğun olaraq, "Vaqner” üzvlərinə, onlara bağlı şirkətlərə və tərəfdarlara 14 ilə qədər həbs cəzası veriləcəyi bildirilib.
Bildirilib ki, Ukrayna, Suriya, Mərkəzi Afrika Respublikası, Sudan, Liviya, Mozambik və Malidə fəaliyyət göstərən "Vaqner”ə məxsus mülklər terror təşkilatına aid olduğu əsası ilə ələ keçirilə bilər.
"Vaqner”in Ukrayna və Afrikada qanlı əməliyyatlar həyata keçirdiyi qeyd edilib və bu əməliyyatlarda insan haqlarının pozulması hallarının olduğu vurğulanıb.
Ayşən