İngiltərəli futbolçu milli komandadakı karyerasını başa vurub

İDMAN
19:54 29.08.2024
183
İngiltərə millisinin müdafiəçisi Kiran Tripper yığmanı tərk etdiyini açıqlayıb.

2017-ci ildən millinin formasını geyinən "Nyukasl" klubunun üzvü bu müddət ərzində 54 qarşılaşmada meydana çıxıb və 1 qol vurub.

33 yaşlı futbolçu İngiltərə millisi ilə AVRO-2020 və AVRO-2024-də gümüş medal qazanıb.

OXŞAR XƏBƏRLƏR