İngiltərəli müğənni Azərbaycan dilində “Sarı gəlin”i oxudu - VİDEO

İngiltərəli müğənni Azərbaycan dilində “Sarı gəlin”i oxudu -  VİDEO
DÜNYA
18:11 09.12.2013
2188
Böyük Britaniyanın Mançester şəhərindəki universitetlərdə təhsil alan azərbaycanlı tələbələri özündə birləşdirən Mançester Azərbaycan Cəmiyyəti “Azərbaycan gecə”si mədəniyyət tədbirini təşkil edib.
AZXEBER.COM xəbər verir ki, Mançester Universitetinin ən böyük konsert zallarından birində baş tutan gecədə tələbə və müəllim heyətinin əksəriyyət təşkil etdiyi 350-dən artıq qonaq iştirak edib.
Tədbirin birinci hissəsində qonaqlara azərbaycanlı tələbələrin hazırladıqları milli yeməklərimiz təklif olunub. Onlar ölkəmizin müxtəlif bölgələrindən görüntüləri əks etdirən fotoşəkilləri seyr edərək Azərbaycan haqqında daha geniş şəkildə məlumatlandırılıblar.
Tədbir sonradan geniş mədəni hissə ilə davam edib. Bir-birinin ardınca azərbaycanlı və əcnəbi tələbələrin ifasında milli rəqs və mahnılarımız qonaqlara təqdim olunub. Malayziya, İspaniya və Çilidən olan tələbələrin müşayiəti ilə ingilis xanım Azərbaycan dilində “Sarı gəlin” mahnısını oxuyub və qonaqlar tərəfindən gurultulu alqışlarla qarşılanıb. Azərbaycanlı tələbə ilə Trinidad və Tobaqolu xanımın birgə oynadıqları “Naz eləmə” rəqsi isə qonaqların böyük marağına səbəb olub. Əslən cənubi azərbaycanlı olan Britaniyalı xanım “Daşlı qala” mahnısını səsləndirib.
Gecənin ən əyləncəli anı əcnəbi qonaqlar arasındakı Azərbaycan rəqs yarışması olub. Məharətini yoxlamaq istəyən qonaqlar altı cütlüyə bölünüb və onlardan səslənən milli oyun havası altında rəqs etmələri buyurulub. Həddindən artıq maraqlı keçən yarışmanın qalibləri İran və ABŞ vətəndaşlarından ibarət cütlüyün olması müsabiqəyə həm də simvolik rəng də qatıb.
Bu il dördüncü dəfə təşkil olunmuş mədəni tədbir Mançester Azərbaycan Cəmiyyətinin ənənəvi tədbirlərindən biridir. Onu da qeyd edək ki, tədbir tələbələrin şəxsi ianələri hesabına reallaşıb.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Media və Yayım Şurasına əlavə hüquq və vəzifələr verildi
13:16 07.08.2026
Media və Yayım Şurasına əlavə hüquq və vəzifələr verildi
Jurnalist vəsiqəsinin verilməsinə və dəyişdirilməsinə görə ödəniş ləğv edildi
13:12 07.08.2026
Jurnalist vəsiqəsinin verilməsinə və dəyişdirilməsinə görə ödəniş ləğv edildi
Media və Yayım Şurası yaradıldı
13:01 07.08.2026
Media və Yayım Şurası yaradıldı
Hansı hallarda vəkil xidmətinin pulunu dövlət ödəyir? – Qanun nə deyir?
12:57 07.08.2026
Hansı hallarda vəkil xidmətinin pulunu dövlət ödəyir? – Qanun nə deyir?
Sabahın havası ilə bağlı XƏBƏRDARLIQ
12:51 07.08.2026
Sabahın havası ilə bağlı XƏBƏRDARLIQ
Telefonun yaddaşını dolduran görünməz fayllar – İT mütəxəssisi nə etməyi tövsiyə edir?
12:32 07.08.2026
Telefonun yaddaşını dolduran görünməz fayllar – İT mütəxəssisi nə etməyi tövsiyə edir?
Həftəsonu bu bürclərin planları alt-üst ola bilər - Astroloji proqnoz
12:14 07.08.2026
Həftəsonu bu bürclərin planları alt-üst ola bilər - Astroloji proqnoz
Bakıda vəzifəli şəxsin meyiti tapıldı
11:52 07.08.2026
Bakıda vəzifəli şəxsin meyiti tapıldı
Əməkhaqqından pensiyayadək: Hansı peşələrə xüsusi güzəştlər tətbiq olunur?
11:47 07.08.2026
Əməkhaqqından pensiyayadək: Hansı peşələrə xüsusi güzəştlər tətbiq olunur?
Bakının mərkəzində obyekt yanır, binadakı vətəndaşlar təxliyə edildi - VİDEO
11:29 07.08.2026
Bakının mərkəzində obyekt yanır, binadakı vətəndaşlar təxliyə edildi - VİDEO
Yelo Bank-dan ilk kreditə özəl 1% endirim və 0% komissiya kampaniyası!
11:21 07.08.2026
Yelo Bank-dan ilk kreditə özəl 1% endirim və 0% komissiya kampaniyası!
"Doğum turizmi" niyə bu qədər populyardır? – Xaricdə doğulan uşaqların imtiyazları
11:19 07.08.2026
"Doğum turizmi" niyə bu qədər populyardır? – Xaricdə doğulan uşaqların imtiyazları
Kartdan-karta köçürmələrlə bağlı vacib açıqlama – Məhdudiyyət kimlərə şamil olunur?
11:06 07.08.2026
Kartdan-karta köçürmələrlə bağlı vacib açıqlama – Məhdudiyyət kimlərə şamil olunur?
Kolleclərə qəbul olmaq istəyənlərin diqqətinə – İxtisas seçimi başlayır
11:01 07.08.2026
Kolleclərə qəbul olmaq istəyənlərin diqqətinə – İxtisas seçimi başlayır
Bakıda bloqerin həyat yoldaşı qəfil vəfat etdi - Foto
10:59 07.08.2026
Bakıda bloqerin həyat yoldaşı qəfil vəfat etdi - Foto
10 min manat maaş təklif olunur: Azərbaycanda işçi axtarılır
10:42 07.08.2026
10 min manat maaş təklif olunur: Azərbaycanda işçi axtarılır