İngiltərəni finala çıxaran Uotkins: Qol vuracağımı demişdim

İDMAN
15:02 11.07.2024
161
Niderlanda qarşı matçda İngiltərəyə qələbə qazandıran Ollı Uotkins matçdan sonra açıqlama verib. 

AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, Uotkins komandasına qələbə qazandırdığı üçün sevinc hisslərini belə dilə gətirib: 

"Heyrətamiz bir oyun oldu. Həftələrdir ki, bu anı gözləyirdim. Bugünkü vəziyyətə gəlmək üçün çox çalışdım. Bu fürsəti əldə etdim və ondan da istifadə etdim".
 
O qol vuracağını əvvəlcədən hiss etdiyini də deyib: Həyatım və övladımın həyatı üzərinə and içirəm, Kol Palmerə dedim ki, bu gün oyuna girəcəyik və sən mənə ötürmə edəcəksən, mən də qol vuracam. Belə də oldu".

Qeyd edək ki, Niderland ilə oyuna sonradan daxil olan və komandasını finala çıxaran qolu vuran Uotkins matçın oyunçusu seçilib.
 
Məryəm
 

OXŞAR XƏBƏRLƏR