İngiltərə Sloveniyaya qarşı zəif təsir bağışlasa da, C qrupunun lideri kimi pley-off mərhələsinə vəsiqə qazanıb.
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, İngiltərə 1/8 final mərhələsini keçsə, 1/4 finalda İsveçrə-İtaliya cütünün qalibi ilə qarşılaşacaq.
Fransa artıq yarımfinalda İngiltərə ilə qarşılaşmaq şansını itirib.
Buna Fransanın D qrupunda ikinci yeri tutması səbəb olub.
Qeyd edək ki, Almaniya, İspaniya və Portuqaliya da püşkatmanın digər tərəfində yer alacaq.
Məryəm