Gözlənilməz qərarla Böyük Britaniyanın baş naziri Rişi Sunak keçmiş baş nazir David Kemeronu xarici işlər naziri təyin edib.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, 2010-2016-cı illər arasında baş nazir vəzifəsini icra edən və ilk rəsmi səfərlərindən birini Türkiyəyə edən Kemeron Ankarada bir sıra görüşlər keçirib və tədbirlərə qatılıb.
Onun Ankarada qatıldığı tədbirdə Qəzza ilə bağlı dediyi sözlər də gündəmdə olub.
Türkiyədə Kemeron o zaman İsrailin Fələstin xalqına qarşı zorakılığını tənqid edib.
Kemeron çıxışında "Mən bunu açıq şəkildə demək istəyirəm. İsrailin Qəzzaya hücumları tamamilə qəbuledilməzdir. Mən Baş nazir Netanyahuya dedim ki, biz İsrailin bu hadisə ilə bağlı təhqiqatının tez və şəffaf şəkildə elan olunmasını istəyirik”, deyib.
Lord rütbəsinə sahib olan Kemeronla bağlı ingiltərənin "İndependent" qəzeti "Lord Cameronun "həbs düşərgəsi" şərhləri, Qəzzada İsrail-Həmas müharibəsi şiddətlənməyə davam etdiyi üçün təxribat xarakterli ola bilər" şərhini yazıb.
Mikayıl