İngiltərəyə penalti qazandıran hollandiyalı müdafiəçi: "Sadəcə zərbənin qarşısını almaq istədim"

İDMAN
13:18 11.07.2024
180
Niderland millisinin müdafiəçisi Denzel Dumfries İngiltərə ilə matçdan sonra açıqlama verib. 

AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, Denzel İngiltərəyə 2-1 məğlub olduqları matç barədə bunları deyib:

"Penalti üçün bütün məsuliyyəti öz üzərimə götürürəm. Sadəcə zərbənin qarşısını almaq istədim, bunu qəsdən etmədim".

Qeyd edək ki, İngiltərə millisi Dumfries'in Harry Keynə qarşı müdaxiləsindən sonra "VAR" araşdırması ilə penalti qazanıb və Keyn penaltini qola çevirərək hesabı 1-1-ə çatdırıb.
 
Məryəm

OXŞAR XƏBƏRLƏR