Xalq yazıçısı Çingiz Abdullayevin "Birinci Qarabağ müharibəsi olmayıb, yalandır” fikri cəmiyyətdə ciddi səs-küyə səbəb olmuşdu.
AZXEBER.COM xəbər verir ki, yazıçı bir neçə gün öncə oxucuları ilə görüşdə birinci Qarabağ mühribəsi ilə bağlı fikirlər səsləndirmişdi. O, həmin dövrün adının çəkilməməli olduğunu demişdi:
"Birinci Qarabağ Müharibəsi deməyin! Bu müharibə olmayıb, yalandır. Ermənilər Sovet qoşunlarına pul verib, tanklarından istifadə edib bizim torpaqlarımızı alırdılar. Bizim ordumuz olmayıb. Xocalıya girən 366-cı alayda komandirlərin hamısı erməni idi. Əsl müharibə indi olub. 44 günlük müharibə ki, bizim müstəqil ordumuz olub, komandiri olub”.
Xalq yazıçısının bu fikirlərindən sonra sosial şəbəkələrdə onunla bağlı tənqidi fikirlər çoxalıb. O, bütün bu fikirlərinə aydınlıq gətirmək üçün öz "facebook" hesabından yeni bir açıqlama yayımlayıb.
Həmin açıqlamanı təqdim edirik: