Azərbaycanın xalq yazıçısı Çingiz Abdullayev: "İosif Kobzon bizim estradamızın əfsanəsi idi"
İosif Kobzon bizim estradamızın əfsanəsi idi.
Sputnik Azərbaycan xəbər verir ki, bunu Azərbaycanın xalq yazıçısı Çingiz Abdullayev öz Facebook səhifəsində əfsanəvi rus müğənnisi İosif Kobzonun ölümünü şərh edərkən deyib.
"Mənə İTAR-TASS-dan zəng edərək İosif Kobzonun ölümünü şərh etməyi xahiş etdilər. O, bizim estradanın əsl əfsanəsi idi. O, həmçinin bizim ölkənin dostu idi" — Abdullayeva yazıb.
Yazıçı mərhum müğənninin dəflərlə təklif oedilməsinə baxmayaraq, Qarabağa getməməsini də yüksək qiymətləndirib:
"Mən dəqiq bilirəm ki, ona dəfələrlə Qarabağa getmək təklif olunub. O, ağıllı və uzaqgörən insan idi. Hər şeyi gözəl başa düşürdü. Və heç vaxt düşünülməmiş hərəkətlərə yol vermirdi".
"Bizə tez-tez gəlirdi. Son onillikdə o, dəhşətli xəstəliklə mübarizə aparırdı. Hər şeyə rəğmən, özünü ələ alırdı. Özünü ələ alır və oxuyurdu. Əsl kişi kimi öldü. Onun ailəsinə və milyonlarla pərəstişkarına başsağlığı verirəm!" — Çingiz Abdullayev əlavə edib.
Rusiyanın məşhur estrada müğənnisi İosif Kobzon bu gün uzun sürən ağır xəstəlikdən dünyasını dəyişib. Müğənni 80 yaşında həyata əlvida deyib.