“Neftçi” futbol klubunun rəhbəri Çingiz Abdullayev ANS-də yayımlanan “Günə Baxan” verlişinin qonağı olub.Çingiz Abdullayev bu həftə “Neftçi”nin “Xəzər-Lənkəran”la oynuna açıqlama gətirdi. Aparıcının ona son zamanlara sosial şəbəkələrdə komandalar arasında yaranan gərginliyin nə vaxt aradan qalxacağını sual edəndə Çingiz Abdullayev belə cavab verdi: “Mən inanmıram ki, oyun zamanı belə gərginlik olsun. Amma təbii ki, idman gərginliyi olmalıdır. Yaranan Bakı-Lənkəran kimi yersiz söhbətlərə əsas yoxdur. Biz bir millətik. Azərbaycanı bölmək lazım deyil”.