Çingiz Abdullayevin “26-lar kafesi” barədə söylədiklərinə - Abutalıbovdan cavab

Çingiz Abdullayevin “26-lar kafesi” barədə söylədiklərinə - Abutalıbovdan cavab
SOSİAL
21:03 09.09.2017
31866
BŞİH başçısı Hacıbala Abutalıbov "26-lar kafesi”nin fəaliyyətinin  dayandırılması ilə bağlı yazıçı Çingiz Abdullayevin söylədiklərinə münasibət bildirib Hacıbala Abıtalıbov APA-ya açıqlamasında deyib ki, Ç.Abdullayevin dedikləri həqiqətə uyğun deyil: "Çingiz Abdullayev bildirib ki, Yazıçılar Birliyinin balansında olan binada fəaliyyət göstərən "26-lar kafesi” ilə qurum rəhbərliyinin heç bir əlaqəsi olmayıb.
 
Halbuki, Yazıçılar Birliyinin İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəhbəri söyləyir ki, Yazıçılar Birliyinin binasında yerləşən "26-lar kafesi” bu qurum  tərəfindən icarəyə verilib. Əldə olunan sənədlər də bir daha bunu sübut edir.
 
Digər tərəfdən, Çingiz Abdullayev söyləyir ki, 26 adında kafenin Azərbaycan xalqının soyqırımını təşkil etmiş, qaniçən 26 Bakı komissarının adı ilə heç bir əlaqəsi yoxdur. Müsadirə edilən sənədlər isə sübut edir ki, bu kafe "26 kafe” kimi yox, "26-lar Bakı”, "26-lar yaşayır”, "Xanımlara 26-lar kafesində qəlyan çəkmək pulsuzdur” lövhələri ilə bəzədilən "26-lar kafesi” kimi fəaliyyət göstərir”.
 
Hacıbala Abutalıbov onu da qeyd edib ki, dövlət orqanlarında qeydiyyatdan keçməyən "26-lar yaşayır”, "26-lar Bakı”, "Xanımlara qəlyan çəkmək pulsuzdur” reklamları vurulmuş, əxlaqsız gecə klubu kimi fəaliyyət göstərən "26-lar kafesi”nin Yazıçılar Birliyi tərəfindən icarəyə verilməsi qanunsuzdur: "Sözügedən məkan əvvəllər fəaliyyət göstərmiş Məmməd Arif Dadaşzadə adına kitabxanaya, eyni zamanda görkəmli Azərbaycan şair və yazıçıları olan Hüseyn Cavid, Səməd Vurğun, Mikayıl Müşfiq, Süleyman Rüstəm, Rəsul Rza və digər bu kimi dahi şəxsiyyətlərin tarixi izlərinin olduğu "Natəvan” klubuna aiddir. Belə bir yerdə əxlaqsız gecə klubu olan "26-lar kafesi”nin fəaliyyət göstərməsi bu dahi şəxslərin ruhuna və Azərbaycan xalqına hörmətsizlikdir. Çox təəssüf edirəm ki, ziyalıları öz ətrafında birləşdirən Yazıçılar Birliyinin giriş qapısının sol tərəfində böyük lövhədə yazılmış "26-lar kafesi” və həmin kafedə "xanımlara qəlyan çəkmək pulsuzdur” sözləri qurum rəhbərliyini indiyə qədər narahat etməyib”.
 
Bakı meri onu da qeyd edib ki,  hazırda qeyd olunan hallarla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır və günahkar şəxslər qanuna müvafiq olaraq cəzalandırılacaq.
 
Xatırladaq ki,  bu gün yazıçı Ç.Abdullayev social şəbəkələrdə və bəzi media orqanlarında dünən Yazıçılar Birliyinin binasındakı  "26” adlı kafenin fəaliyyətinin dayandırılmasına kəskin münasibət bildirib, həmin kafenin Yazıçılar Birliyi ilə heç bir əlaqəsinin olmadığını qeyd edib və kafenin bu formada bağlanmasının doğru olomadığını vurğulayıb.    
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Rutte: NATO-nun hərbi xərcləri son 10 ildə 1 trilyon dollar artıb
01:57 25.06.2025
Rutte: NATO-nun hərbi xərcləri son 10 ildə 1 trilyon dollar artıb
Netanyahu: "İsrail İrana qarşı müharibədə "tarixi qələbə" qazandı"
00:22 25.06.2025
Netanyahu: "İsrail İrana qarşı müharibədə "tarixi qələbə" qazandı"
Putinlə Lukaşenkonun telefon danışığı oldu
23:56 24.06.2025
Putinlə Lukaşenkonun telefon danışığı oldu
Ukrayna və Danimarka birgə silah istehsalına dair saziş imzalayıb
23:51 24.06.2025
Ukrayna və Danimarka birgə silah istehsalına dair saziş imzalayıb
Britaniya ərazisində mümkün müharibəyə hazırlığa çağırılıb
23:46 24.06.2025
Britaniya ərazisində mümkün müharibəyə hazırlığa çağırılıb
İsrailin hücumları nəticəsində İranın daha iki generalı öldürülüb
23:18 24.06.2025
İsrailin hücumları nəticəsində İranın daha iki generalı öldürülüb
Polşanın XİN başçısı: Vətəndaşlarımız təxliyəyə görə Azərbaycana minnətdardırlar
23:07 24.06.2025
Polşanın XİN başçısı: Vətəndaşlarımız təxliyəyə görə Azərbaycana minnətdardırlar
16 yaşlı qızı qaçırmaqda ittiham olunan din xadimi vəzifəsindən azad edildi
22:56 24.06.2025
16 yaşlı qızı qaçırmaqda ittiham olunan din xadimi vəzifəsindən azad edildi
Pezeşkian: İran bütün qonşu ölkələrlə sülh və birgə yaşayışa inanır
22:45 24.06.2025
Pezeşkian: İran bütün qonşu ölkələrlə sülh və birgə yaşayışa inanır
Pezeşkian: İsrail öz məqsədlərinə nail ola bilmədi
22:20 24.06.2025
Pezeşkian: İsrail öz məqsədlərinə nail ola bilmədi
İran hava məkanını beynəlxalq reyslərə açıb
22:16 24.06.2025
İran hava məkanını beynəlxalq reyslərə açıb
ASGA Minskdə Azərbaycan-Belarus Gənclər Forumu" çərçivəsində daha bir önəmli görüş reallaşdırdı - FOTO+VİDEO
21:51 24.06.2025
ASGA Minskdə Azərbaycan-Belarus Gənclər Forumu" çərçivəsində daha bir önəmli görüş reallaşdırdı - FOTO+VİDEO
Oğurluqda ittiham olunan erməni deputatın Rusiyaya girişi qadağan edilib
21:40 24.06.2025
Oğurluqda ittiham olunan erməni deputatın Rusiyaya girişi qadağan edilib
Avtomobil motosikletlə toqquşdu - Xəsarət alan var
21:32 24.06.2025
Avtomobil motosikletlə toqquşdu - Xəsarət alan var
İsrail Ordusunun Baş Qərargah rəisi: İrana qarşı kampaniya bitməyib
21:25 24.06.2025
İsrail Ordusunun Baş Qərargah rəisi: İrana qarşı kampaniya bitməyib
Trampla Zelenskinin görüş tarixi məlum oldu
21:11 24.06.2025
Trampla Zelenskinin görüş tarixi məlum oldu