Vaşinqtondakı mətbuat muzeyində (Newseum) Ümumdünya Mətbuat Azadlığını Müdafiə Günündə yeni stendlər yaranıb. Turan-ın məlumatına görə, onlar arasında vəzifəsini həyata keçirərkən qətlə yetirilmiş yeddi Azərbaycan jurnalistinin, o cümlədən, Azərbaycanın Milli Qəhrəmanı Çingiz Mustafayevin adları və fotoşəkilləri də var.Qeyd edək ki, bu muzey ABŞ paytaxtında Kapitolinin yaxınlığında yerləşir və Amerikanın ən çox ziyarətçisi olan muzeyləri arasındadır.