Çingiz Qənizadə: “Azərbaycan korrupsiyayla mübarizədə hər zaman öndə olacaq”

Çingiz Qənizadə: “Azərbaycan korrupsiyayla mübarizədə hər zaman öndə olacaq”
SİYASƏT
14:36 17.11.2014
1385
Bakı Antikorrupsiya Akademiyasına ev sahibliyi edəcək
“Hesab edirəm ki, Azərbaycan digər dövlətlərlə birlikdə korrupsiya ilə mübarizədə Avropa ölkələri ilə bir sırada hər zaman ön cərgədə olub və olacaq”.
Bu sözləri AZXEBER.COM-a millət vəkili Çingiz Qənizadə noyabrın 19-21-də Bakıda keçiriləcək Beynəlxalq Antikorrupsiya Akademiyasının (İACA) növbəti Assambleyası ilə bağlı münasibətini açıqlayarkən söyləyib.
Noyabrın 19-21-də Bakıda Beynəlxalq Antikorrupsiya Akademiyasının (İACA) növbəti Assambleyası keçiriləcək. 3 gün davam edəcək tədbirdə IACA Assambleyasında xarici dövlətlərin yüksək səviyyəli dövlət rəsmiləri, nazirlər, parlament spikerləri, korrupsiyaya qarşı mübarizə komissiyalarının sədrləri iştirak edəcək.
Akademiyanın əsas fəaliyyəti korrupsiyaya qarşı mübarizə sahəsində ixtisaslaşmış kadrlar hazırlanması və üzv dövlətlərə bu istiqamətdə texniki yardım göstərilməsidir. Akademiya 2012-ci ildə dünyada ilk dəfə olaraq korrupsiyaya qarşı mübarizə üzrə beynəlxalq magistr proqramına başlayıb. Bu ilin dekabrında proqramı başa vuran 27 məzun dünyada müvafiq sahə üzrə təhsil almış ilk mütəxəssislər olacaq. Onların arasında Azərbaycan vətəndaşı da var.
Azərbaycanda korrupsiyaya qarşı mübarizədən danışan deputat C.Qənizadə bildirib ki, prezident İlham Əliyevin göstərişi ilə ölkədə korrupsiyaya qarşı ciddi mübarizə aparılır: “Bu məsələ ilə bağlı işlər daim inkişaf etdirilir və genişləndirilir. Mən belə bir tədbirin məhz Azərbaycanda keçirilməsini alqışlayıram. Belə bir addım atmaqla Azərbaycan korrupsiyaya qarşı mübarizədə bütün dünyaya xoş məramını nümayiş etdirir. Bakının Assambleyanın keçirilməsinə ev sahibliyi etməsi isə düşünürəm ki, Avropada və digər ölkələrdə bu sahədə olan yeniliklərin, təcrübələrin ölkəmizdə tətbiqinə bir daha təkan verəcək. Azərbaycanda korrupsiya ilə mübarizənin yaxşı nümunələri var və hesab edirəm ki, cənab prezidentin iradəsi ilə bu işlər uğurla davam etdiriləcək”.
Korrupsiyaya qarşı mübarizədə yeni gənc peşəkar kadrların hazırlanmasında Assambleya ilə əməkdaşlığın uğur gətirəcəyini qeyd edən müsahibimiz rəsmi tədbirin Bakıda keçirilməsinin bu sahədə əməkdaşlığa töhfə verəcəyini də bildirib.
Xatırladaq ki, İACA 2010-cu ildə Avstriya hökuməti, BMT-nin Narkotiklər və Cinayətkarlıq İdarəsi (UNODC) və Avropa İttifaqının Saxtakarlıq əleyhinə Təşkilatı (OLAF) tərəfindən təsis edilib. Akademiya korrupsiyaya qarşı mübarizə sahəsində dünyada beynəlxalq statuslu yeganə ali təhsil müəssisəsi olmaqla yanaşı, həmçinin beynəlxalq təşkilat statusuna da malikdir. Hazırda təşkilatın 59 üzvü var. Azərbaycan 2012-ci ildən IACA-nın tamhüquqlu üzvüdür.
Azxeber.com
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Quba Palace Hotel-də Novruz bayramı xüsusi proqramla qeyd olunacaq
14:57 13.03.2026
Quba Palace Hotel-də Novruz bayramı xüsusi proqramla qeyd olunacaq
Məşhur fenomenin həbs müddəti uzadıldı
14:52 13.03.2026
Məşhur fenomenin həbs müddəti uzadıldı
"Universitetlərin Bakıdan köçürülməsi sıxlığın azalmasına gətirəcək" - Deputat
14:51 13.03.2026
"Universitetlərin Bakıdan köçürülməsi sıxlığın azalmasına gətirəcək" - Deputat
Dövlət ipotekası ilə mənzil almaq istəyənlər üçün əla xəbər: “Park Yasamal”da mənzillər satışa çıxdı
14:27 13.03.2026
Dövlət ipotekası ilə mənzil almaq istəyənlər üçün əla xəbər: “Park Yasamal”da mənzillər satışa çıxdı
Özbəkistan Prezidenti WUF13-də iştirak edəcək
14:09 13.03.2026
Özbəkistan Prezidenti WUF13-də iştirak edəcək
Türkiyə Müdafiə Nazirliyi İrandan növbəti ballistik raketin atıldığını təsdiqlədi
14:06 13.03.2026
Türkiyə Müdafiə Nazirliyi İrandan növbəti ballistik raketin atıldığını təsdiqlədi
Bakıda maraqlı toy - Bəy 93, gəlin 42 yaşında - VİDEO
13:59 13.03.2026
Bakıda maraqlı toy - Bəy 93, gəlin 42 yaşında - VİDEO
XİN: İran və İsraildə Azərbaycan vətəndaşlarının xəsarət alması barədə məlumat yoxdur ​​​​​​​
13:57 13.03.2026
XİN: İran və İsraildə Azərbaycan vətəndaşlarının xəsarət alması barədə məlumat yoxdur ​​​​​​​
Prezidentin köməkçisi: Azərbaycan regional dəhlizləri inkişaf etdirir
13:54 13.03.2026
Prezidentin köməkçisi: Azərbaycan regional dəhlizləri inkişaf etdirir
ABŞ Mərkəzi Komandanlığı İraqdakı təyyarə qəzasını təsdiqlədi - 4 nəfər öldü
13:53 13.03.2026
ABŞ Mərkəzi Komandanlığı İraqdakı təyyarə qəzasını təsdiqlədi - 4 nəfər öldü
Tarix Əliyev bu şəxslərə qadağa qoydu
13:44 13.03.2026
Tarix Əliyev bu şəxslərə qadağa qoydu
"Süni intellektlə şəxslərin saxta görüntülərinin yaradılması rəqəmsal terrordur" - Ekspert
13:38 13.03.2026
"Süni intellektlə şəxslərin saxta görüntülərinin yaradılması rəqəmsal terrordur" - Ekspert
Gəncədə antik əşyalar oğurlayan şəxslər saxlanıldı
13:18 13.03.2026
Gəncədə antik əşyalar oğurlayan şəxslər saxlanıldı
CNN: ABŞ İranın Hörmüz boğazını bağlama ehtimalını yetərincə nəzərə almayıb
13:13 13.03.2026
CNN: ABŞ İranın Hörmüz boğazını bağlama ehtimalını yetərincə nəzərə almayıb
Bu ailələrə hər ay 422 manat verilir
13:09 13.03.2026
Bu ailələrə hər ay 422 manat verilir
“50 minə yaxın müəllimin ixtisar riski yaranır”
13:07 13.03.2026
“50 minə yaxın müəllimin ixtisar riski yaranır”