19:12 çərşənbə Axşamı, 18 Fevral 2020
Seçki2020

Çingiz Qənizadə Beyləqanda seçiciləri ilə görüşlərini davam etdirir

15:56, 23.01.20203527
Çingiz Qənizadə Beyləqanda seçiciləri ilə görüşlərini davam etdirir
80 saylı İmişli-Beyləqan seçki dairəsindən deputatlığa namizəd Çingiz Qənizadə növbəti dəfə Beyləqan rayonunun Yuxarı və Aşağı Çəmənli kəndlərində görüşlər keçirib.

AZXEBER.COM xəbər verir ki, görüş çox böyük ruh yüksəkliyi ilə keçib. Çingiz Qənizadə seçicilərə özü, parlamentdəki və beynəlxalq arenadakı fəaliyyəti haqqında məlumat verib. Kənd camaatını maraqlandıran sualları cavablandırıb.  Ölkədə gedən kadr, eləcə də,  iqtisadi-siyasi islahatlar  barədə insanları məlumatlandırıb. 

Tədbirdə çıxış edən kənd sakinləri Çingiz Qənizadənin 10 illik fəaliyyətindən razı olduqlarını bildirərək gələcəkdə də ona səs verəcəklərini qeyd ediblər. 

 

Kənd ağsaqqalları, ziyalıları, təhsil işçiləri, müəllimləri Çingiz Qənizadənin namizədliyini dəstəklədiklərini bildiriblər. Eyni zamanda, deputatlığa namizəddən bir neçə kiçik məsələlərin həlli ilə bağlı xahişlər də edilib. Çingiz Qənizadə  həmin problemlərin həllində deputat seçiləcəyi təqdirdə onlara yardımçı olacağını  vurğulayıb.

Kənddə kabelləşmə və su probleminin olması da  söylənilib. Bu məsələlərin də yaxın vaxtlarda yuxarı dairələrə çatdırılması üçün Çingiz Qənizadədən xahişlər ediblər.

Daha sonra deputatlığa namizəd Çingiz Qənizadə şəxsi görüşmək istəyən insanları fərdi qaydada qəbul edərək dinləyib.
 

 

 

 


XƏBƏR LENTİ