Çingiz Qənizadə: “Leyla Yunusa qarşı artan maraq bütün mövqeləri ortaya qoyur”

SİYASƏT
15:52 29.10.2014
876

“Leyla Yunusun müxtəlif beynəlxalq mükafatlara namizədliyinin verilməsi Azərbaycan dövlətinə qarşı təzyiq rolunu oynayır”. Bu fikirləri SİA-ya açıqlamasında millət vəkili Çingiz Qənizadə zaman-zaman Azərbaycana qarşı qərəz mövqeyi sərgiləyən bir sıra beynəlxalq təşkilatların Leyla Yunusumükafatlara namizəd kimi verdiklərinə münasibət bildirərkən deyib.

Millət vəkili bu kimi halları məhkəməyə, hüquq mühafizə orqanlarına təsir etmək kimi dəyərləndirib: “İstintaqa cəlb edilən bir insana mükafat necə verilə bilər? Saxarov adına mükafata adı verilsə də, keçmədi. Buna baxmayaraq, israrla istintaqa mane olmağa çalışırlar. ABŞ Dövlət Departamentinin açıqlamasına nəzər salsaq görərik ki, Xankəndində girovlarımızla bağlı qurulan məhkəmə prosesinə heç bir mövqe bildirilmir. Qeyd edirlər ki, kifayət qədər məlumatlı deyillər. Necə olur ki, Leyla Yunus və bunun kimilərlə bağlı məsələlərə bir gün sonra cavab verilir, amma neçə aylardır girovluqda saxlanılan, qondarma respublikanın qondarma hökuməti tərəfindən məhkəməsi aparılan insanlardan məlumatlı deyillər? Bəzi xarici dairələr və təşkilatlar reallıqları görməzdən gəlib, Leyla Yunus kimilərdən istifadə edərək ölkəmizə qarşı təzyiq etmək istəyirlər. Bu zamana qədər heç bir mükafatda adı belə çəkilməyən Leyla Yunusa bu qədər marağın artması bunların hansı mövqedən çıxış etmələrini bir daha sübut edir”.

Çingiz Qənizadə eyni zamanda kəlbəcərli girovlarla bağlı məsələyə də münasibət bildirib. Millət vəkili qeyd edib ki, Azərbaycan və Rusiya prezidentlərinin Soçi görüşündə Cənab İlham Əliyev öz yurd-yuvasına gedən kəlbəcərlilərin Ermənistan tərəfindən girov götürülməsi ilə bağlı məlumatları Vladimr Putinin nəzərinə çatdırıb: “Təbii ki, burada Rusiya da öz mövqeyini sərgiləməlidir. Çünki Dilqəm Əsgərovun Rusiya vətəndaşı olduğu hər kəsə bəllidir. Amma çox təəssüf ki, bir tərəfədən Rusiya öz vətəndaşının taleyinə biganə yanaşır, digər tərəfdən də Dağlıq Qarabağ məsələsinin içərisində olan ATƏT məsələdən xəbərsiz olduğunu qeyd edir. Bütün bunlar bir daha onu göstərir ki, ATƏT-in Minsk qrupunun mövqeyi doğru deyil”.

OXŞAR XƏBƏRLƏR