Çingiz Qənizadə sosial şəbəkələrdə yayılan videosu haqda danışdı

Seçki2020
13:36 19.01.2020
7176
Xəbər verildiyi kimi,  80 saylı İmişli-Beyləqan seçki dairəsindən deputatlığa namizədliyini irəli sürmüş Çingiz Qənizadə seçiciləri ilə görüşdə onların etirazı ilə üzləşib. 
 
AZXEBER.COM hadisənin təffürratlarını öyrənmək üçün Çingiz Qənizadə ilə əlaqə saxlayıb. 

O baş verən hadisəni özünə qarşı hazırlanmış təxribat adlandırıb:
 
"Bu hadisə dünən yox, o biri gün, İmişli rayonunun Qızılkənd kəndində baş verib. Digər namizədlərin öyrətdiyi 8-9 nəfər görüş başlamazdan əvvəl öndə dayandı və mən görüşü başlamamış onlar "Mən Qarabağda vuruşmuşam 80 manat pensiya alıram, dolana bilmirəm; uşaq pulu niyə verilmir?” kimi ifadələr işlədərək irad bildirməyə başladılar. Bundan sonra digərləri də səs-küy salmağa başladı. Ancaq bu 3 dəqiqə çəkdi. Ətrafda olan bir neçə nəfər bu hadisəni lentə almağa başladı. Daha sonra kənd camaatı onları ərazidən uzaqlaşdırdı. Bundan sonra mənim görüşüm yüksək səviyyədə davam etdi və bununla bağlı mətbuatda yazılar yayımlandı. 

Çingiz Qənizadə bu hadisənin təsadüf olduğuna inanmadığını deyib:

"Onu deyə bilərəm ki, bu mənə qarşı hazırlanmış qara pr-dır. Burada bir neçə namizəd var və onlar hər vasitə ilə çalışırlar ki, mənə mane olsunlar. Güclü rəqibi sıradan çıxarmaq üçün ümidlərini "youtube"yə bağlayıblar. Və bu vasitə ilə qara pr aparırlar.

Çingiz Qənizadə deyib ki, seçicilər onun yanındadır: 

"Tamamilə boş və mənasız şeydir, belə şeylərə fikir vermirəm. Mən elə hesab edirəm ki, deputat olduğum müddətdə açıq və əlçatan deputat olmuşam və seçicilərimin mənə sevgisi var. Videoya baxan hər kəs görür ki, mən o görüntülərdə heç bir kobudluq etməmişəm. Bu təxminən 10 nəfərə yaxın, xüsusi öyrədilmiş və kənddə nüfuzu olmayan insanların atdığı addımdır. Bu qara pr-dır. Biz bu kimi hallara öyrəşmişik. Son olaraq səs seçicinindir. Kim seçici ilə yaxşı işləyəcəksə, seçim də o olacaq. Mən ümid edirəm ki, seçici ədalətli seçim edəcək"
 
Günel Hüseynli
 

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

14:35 27.09.2020

MTRŞ televiziyalara tövsiyələr verib

14:29 27.09.2020

Prezidentin köməkçisi: “Hərbi əməliyyatlar barədə əlavə məlumatlar veriləcək”

14:25 27.09.2020

Ərdoğan İlham Əliyevə zəng etdi: "Yanınızdayıq!"

14:23 27.09.2020

Füzulinin bu kəndləri işğaldan azad edildi - RƏSMİ SİYAHI

14:21 27.09.2020

Avropa İttifaqı Şurasının sədri: "Tərəfləri atəşi dayandırmağa çağırırıq"

14:16 27.09.2020

Hikmət Hacıyev: “Prezidentin rəhbərliyi altında Təhlükəsizlik Şurasının iclası keçirildi”

14:10 27.09.2020

Azərbaycanın bu kəndləri erməni işğalından azad edildi - RƏSMİ

14:09 27.09.2020

10 əsgər və 4-5 mövqe itirmişik - Babayan

13:56 27.09.2020

Lavrov və Çavuşoğlu cəbhədəki vəziyyəti müzakirə ediblər

13:49 27.09.2020

Hülusi Akar: “Bu alçaq hücumu qınayırıq”

13:47 27.09.2020

Son dəqiqə! İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirilir

13:47 27.09.2020

D.Savelyev: Yeganə yol Ermənistanın qeyd-şərtsiz işğal altındakı torpaqlardan çəkilməsidir

13:41 27.09.2020

YAP erməni təxribatları ilə bağlı bəyanat yaydı

13:39 27.09.2020

Ukrayna I vitse-spikeri: "Azərbaycanın ərazi bütövlüyünün bərpasını dəstəkləyirik"

13:39 27.09.2020

Dağlıq Qarabağda əhalinin küçəyə çıxmasına qadağa qoyulub

13:37 27.09.2020

Prezident: “Ermənilər bizim məscidlərimizdə inək, donuz saxlayır”

X Mostbet