Çingiz Şəfiyev vəfat etdi

SOSİAL
21:24 23.11.2024
566
Şəmkir korpusunun sabiq komandiri Çingiz Şəfiyev vəfat edib.

AZXEBER.COM-un  "Qafqazinfo”ya istinadən məlumatına görə, o, 56 yaşında dünyasını dəyişib. 
Qeyd edək ki, Ç.Şəfiyev uzun müddət Müdafiə Nazirliyinin tərkibində hərbi hissə və birləşmələrdə komandir vəzifəsində xidmət edib. O, 2011-ci ildə N saylı hərbi hissədə baş vermiş əsgər ölümlərinə görə vəzifəsindən azad edilmiş, general-mayor rütbəsi bir pillə aşağı salınmışdı. Onu bu vəzifədə hazırda həbsdə olan general-leytenant Rövşən Əkbərov əvəzləmişdi.

Çingiz Şəfiyev son olaraq idmanın cüdo sahəsində çalışırdı. O, bu il "Judo Club 2012” idman klubunun direktoru vəzifəsinə təyin olunmuşdu.

OXŞAR XƏBƏRLƏR