Çinin ABŞ-dakı səfiri açıqladı: Biz Rusiyaya silah verməyəcəyik

Çinin ABŞ-dakı səfiri açıqladı: Biz Rusiyaya silah verməyəcəyik
DÜNYA
14:15 22.03.2022
296
Çinin ABŞ-dakı səfiri Qin Qang bildirib ki, ölkəsi Rusiyanın Ukraynadakı müharibəsini dəstəkləmək üçün Rusiyaya silah və sursat göndərməyəcək. 

AZXEBER.COM Qərb mediasına istinadən xəbər verir ki, o münaqişəyə son qoymaq üçün əlindən gələni edəcəyini bildirib.

Eyni zamanda ABŞ prezidenti Co Bayden çinli həmkarı Si Cinpinə xəbərdarlıq edib.

O bildirib ki, Pekin Moskvaya maddi dəstək versə, bunun nəticələri çox pis olacaq. 

Çinin Xarici İşlər Naziri Vanq Yi son açıqlamasında Çinin zaman göstərəcəyi kimi, Ukrayna böhranı ilə bağlı tarixin doğru tərəfində olduğunu və bunun əksər ölkələrin istəklərinə uyğun olduğunu bildirib.
OXŞAR XƏBƏRLƏR