Çinin ən varlı adamının şəxsi məlumatları yayıldı

SOSİAL
11:35 14.05.2016
1867

Naməlum hakerlər Çin biznes maqnatları və siyasətçiləri barədə şəxsi məlumatları internetdə ümumi görüntüdə dərc ediblər.

AZXEBER.COM xəbər verir ki, məlumat Tvitter akkauntunda @shenfenzheng (Çin dilindən tərcümədə "Şəxsiyyət vəsiqəsi" deməkdir) nikli istifadəçi tərəfindən yayılıb. Hazırda bu profil dondurulub.

Yayılan məlumatlar arasında həmin şəxslərin doğum tarixləri, ünvanları, həmçinin milli şəxsiyyət vəsiqələrinin nömrələri də mövcuddur. Xüsusilə də bu siyahıya Çinin ən varlı adamı olan Van Tsyanlin, həmçinin "Alibaba Group" şirkətinin yaradıcısı və şirkətin Direktorlar Şurasının sədri Cek Manın adları da var.

Çinin İctimai Təhlükəsizlik Nazirliyi isə məsələyə münasibət bildirmir. "Reuters", həmçinin qeyd edir ki, bu xəbər sızması ölkə tarixində ən iri miqyaslı sızma ola bilər.

///lent.az

OXŞAR XƏBƏRLƏR