Çinin Londondakı səfiri casusluq ittihamı ilə Britaniya Xarici İşlər Nazirliyinə çağırıldı

Çinin Londondakı səfiri casusluq ittihamı ilə Britaniya Xarici İşlər Nazirliyinə çağırıldı
DÜNYA
16:23 14.05.2024
127
Çinin Londondakı səfiri ölkəsinin Britaniya ərazilərində casusluq və kiberhücumlar həyata keçirdiyi iddiasından sonra Britaniya Xarici İşlər Nazirliyinə çağırılıb.
 
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, İngiltərə Xarici İşlər Nazirliyindən verilən açıqlamada Çinin səfiri Cinq Ziquanq İngiltərə ərazisində Milli Təhlükəsizlik Aktına zidd olaraq qeyri-qanuni xarici dövlət fəaliyyətinin həyata keçirildiyi iddiaları ilə əlaqədar nazirliyə çağırıldığı bildirilib.

Nazirliyin yaydığı rəsmi açıqlamada Cinqin Xarici İşlər Naziri Devid Kemeronun göstərişi ilə nazirliyə çağırıldığı qeyd edilib.

Qeyd edək ki, son iki ayda İngiltərədə Çinlə əlaqəsi olduğu iddia edilən casusluq və kiberhücum hadisələri baş verib.

Gülay
OXŞAR XƏBƏRLƏR