Çinin yeni lideri bəlli oldu - VİDEO

Çinin yeni lideri bəlli oldu - VİDEO
17:16 14.03.2013
936
Çin Kommunist Partiyasının mərkəzi komitəsinin yeni baş katibi və Çin Xalq Respublikasının yeni sədri təyin olunub. Gözlənildiyi kimi, bu vəzifəyə Si Çzinpin seçilib. Səsvermə Xalq Nümayəndələrinin Ümumçin Şurasının 4-cü plenar iclasında keçirilib.Si Çzinpin həmçinin Çinin Mərkəzi Hərbi Şurasının sədri seçilib. O, daha əvvəl də partiya daxilində qoşunlara rəhbərlik vəzifəsində çalışıb. Bununla da, Si Çzinpin partiya, dövlət və silahlı qüvvələr üzərində bütün hakimiyyəti öz əlində cəmləşdirib.O, yeni sədr elan edildikdən sonra öz sələfi Hu Tzintaonun qarşısında baş əyərək, onun əlini sıxıb. Bundan sonra Çinin sabiq və yeni liderləri bir-birinə uğurlar arzulayıblar.Qeyd edək ki, Si Çzinpinin Çin Xalq Respublikasının sədri vəzifəsinə seçilməsi 1949-cu ildə Kommunist partiyası ölkədə idarəetməni əlinə aldıqdan sonra hakimiyyətin ilk dəfə dinc yolla təhvil verilməsi halıdır.
OXŞAR XƏBƏRLƏR