Çinin xarici işlər naziri Vanq İsrailin Qəzzaya hücumları ilə bağlı açıqlama verib.
O, bildirib ki, Fələstin probleminin ən qısa zamanda həll olunması üçün səy göstərəcəklər: "Qəzzada ən qısa zamanda atəşkəs əldə edilməlidir. Fələstin problemindən çıxış yolu iki dövlətli həll yoludur. Çin və Türkiyə Fələstinin BMT-yə üzvlüyünü dəstəkləyir. Çin və Türkiyə aralarındakı koordinasiyanı gücləndirəcəklər və Fələstin probleminin ən qısa zamanda ədalətli və qalıcı həlli üçün səy göstərəcəklər".
Gülay