Çinin Handan vilayətindən olan Çen Sixuan unikal istedada malikdir. O eyni vaxt iki əli ilə ayrı-ayrı yazılar yaza bilir. Gənc yetənək Leoardo Davinçi olmasa da, Çin dilində sağ və sol əli ilə şerlər yazır, üstəlik mətnləri fərqli istiqamətdə də yaza bilir. Bundan başqa 24 yaşlı Sixuan eyni vaxtda 2 müxtəlif dildə də qələm oynada bilir. Özünün dediyinə görə, bu bacarığı hələ orta məktəbdə oxuyarkan formalaşdırıb. Belə ki, həmin dönəmlərdə, İngilis dili müəllimi onu ev tapşırıqları ilə əməlli başlı yükləyirdi. “ İngilis dilində əlifba hərflərində istifadə olunursa, Çin dili piktoqrafikdir və çox sayda mürəkkəb ştrixlərdən ibarətdir. Ona görə də eyni vaxtda həm ingilis həm də çin dilində yazmaq, hər iki əllə yalnız ingilis dilində yazmaqdan çətindir” deyə Sixuan etiraf edib.