Çinlilərdən tarixi uğur: Kəşfiyyat vasitəsi Ayın qaranlıq tərəfinə enməyi bacardı

Çinlilərdən tarixi uğur: Kəşfiyyat vasitəsi Ayın qaranlıq tərəfinə enməyi bacardı
DÜNYA
14:01 03.06.2024
119
Çinin mayın 3-də Ayın qaranlıq hissəsindən qaya və torpaq nümunələrini toplamaq üçün kosmosa göndərdiyi "Çanqe-6” roveri uğurla eniş edib.
 
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, "Chang'e-6" missiyası Ayın uzaq tərəfində yerləşən və Yerdən müşahidə edilə bilməyən Cənub Qütbü-Aitken hövzəsinə enib.

Beləliklə, Çin Ayın qaranlıq tərəfinə rover endirən ilk ölkə olub.

Rover Aydan nümunələr götürərək Yerə qaytaracaq.
 
Nümunələrin toplanmasının 14 saat ərzində tamamlanacağı gözlənilir.
 
Qeyd edək ki, NASA yaxın illərdə astronavtları əvvəlcə Aya, sonra isə Marsa göndərmək istəyir. NASA-nın Artemida layihəsi çərçivəsində etmək istədiyi ilk iş Ayın Cənub Qütbünə eniş etməkdir.

Gülay


OXŞAR XƏBƏRLƏR