“İnnovativ İdeya və Təşəbbüslər” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyilə icra etdiyi layihə çərçivəsində ilk tədbirini keçirib.
Tədbir “Yeniyetmə və gənclərin ekoloji problemlər və ətraf mühitin mühafizəsi haqqında məlumatlandırılması” layihəsi çərçivəsində Sumqayıt şəhərində 4 nömrəli tam orta məktəbdə təşkil edilib.
Tədbirdə layihə rəhbəri İctimai Birliyin yaranması və məqsədi, layihənin donoru olan Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası haqqında iştirakçılara məlumat verib.
Layihənin eksperti layihənin məqsədi və əhəmiyyətindən danışıb, ekoloji problemlər və ətraf mühitin mühafizəsi haqqında iştirakçılara məlumat verib. Ekspert şagirdlərin ekoloji biliklərini yoxlamaq məqsədilə onlara bu sahədə söhbət aparıb.
Tədbirin sonunda şagirdlər çay süfrəsinə dəvət olunublar və xatirə şəkilləri çəkdirilib.