“İnsan nə qədər vicdan və ləyaqət hissini itirsin ki, belə şərəfsizliyə imza atsın!” - MEDİA sözcüsü

“İnsan nə qədər vicdan və ləyaqət hissini itirsin ki, belə şərəfsizliyə imza atsın!” - MEDİA sözcüsü
MEDIA
17:28 10.07.2021
1466
Son zamanlar sosial şəbəkələrdə şəhid ailələrindən pul almaqla reportaj hazırlayan reket jurnalistlər gündəm mövzusuna çevrilib. Cəmiyyət tərəfindən birmənalı olaraq tənqidə məruz qalan bu şəxslər jurnalistikanın üzqarası hesab olunurlar. 

AZXEBER.COM xəbər verir ki, gündəmi zəbt edən mövzu ilə bağlı Medianın İnkişafı Agentliyinin Media subyektləri və jurnalistlərlə iş şöbəsinin müdiri Natiq Məmmədli sosial şəbəkədə paylaşım edib. O, bu addımı atanları pisləyərək, bildirib ki, həmin işləri görən şəxslər profesionallıqdan uzaqdılar: 

"Çox utanc verən, jurnalist peşəsini cəmiyyətin gözündən salan biabırçı faktla üz-üzəyik! Özünü "jurnalist” kimi təqdim edən bir dəstə dələduz şəhid ailələrindən material hazırlamaq, guya "Şəhid övladlarını təbliğ etmək” adı altında pul alırlar. 

İnsan nə qədər vicdan və ləyaqət hissini itirsin ki, belə şərəfsizliyə imza atsın! Bunu hiddətlə pisləyirik!

Xalqımızın milli-mənəvi dəyərlərinə hörmətlə yanaşan, jurnalistikanın təməl prinsiplərini, etik davranış qaydalarını əsas götürərək peşə borcunu yerinə yetirən Azərbaycan jurnalisti, məsuliyyətli media təmsilçisi heç vaxt belə addım atmaz. 

Bu hadisədən iki nəticə çıxarmaq olar;

1.Tək jurnalistin yox, bütün cəmiyyətin media savadlılığı istiqamətində hamımız fəallığımızı artırmalıyıq. 

2. "Kimdir jurnalist?” sualına cəmiyyətin cavabı aydın olmalıdır. Bu baxımdan jurnalistin sosial statusunu konkretləşdirən və təəssüf ki, bəzilərinin anlaşılmaz münasibət sərgilədiyi vahid "Jurnalist vəsiqəsi”nin aktuallığı burada özünü göstərir. 

Həmkarlarımız, ciddi media təmsilçiləri haqlı olaraq Şəhid ailələrinə qarşı belə addımı pisləyir. İctimai qınaq zəruridir və buna hər kəs öz münasibətini bildirməlidir”.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Şamaxıda Ağsu çayı daşdı - İnsanlar yollarda qaldı - Video
20:46 27.06.2026
Şamaxıda Ağsu çayı daşdı - İnsanlar yollarda qaldı - Video
Bu ölkədə vəba epidemiyası elan edilib
20:42 27.06.2026
Bu ölkədə vəba epidemiyası elan edilib
Fərman Həsənov UFC-də qələbə qazanıb
20:35 27.06.2026
Fərman Həsənov UFC-də qələbə qazanıb
Xaricdə təhsil alanların nəzərinə: Möhlət hüququ ilə bağlı qanunvericilikdə dəyişiklik edilə bilər
20:26 27.06.2026
Xaricdə təhsil alanların nəzərinə: Möhlət hüququ ilə bağlı qanunvericilikdə dəyişiklik edilə bilər
Ermənistana Azərbaycandan tranzit keçməklə buğda göndəriləcək
20:14 27.06.2026
Ermənistana Azərbaycandan tranzit keçməklə buğda göndəriləcək
İstanbul hava limanında gərgin anlar: Azərbaycanlı qadının çantasından bunlar çıxdı – VİDEO
19:49 27.06.2026
İstanbul hava limanında gərgin anlar: Azərbaycanlı qadının çantasından bunlar çıxdı – VİDEO
Avtobusda ödəniş etməsəniz, sürücü CƏRİMƏLƏNƏCƏK
19:46 27.06.2026
Avtobusda ödəniş etməsəniz, sürücü CƏRİMƏLƏNƏCƏK
Bu bürclər üçün sevgi və pul qapısı açılır - vaxt çatdı
19:32 27.06.2026
Bu bürclər üçün sevgi və pul qapısı açılır - vaxt çatdı
Servissiz qalan Çin avtomobilləri: Haqsız rəqabət mühiti formalaşır, xaos yaranır
19:22 27.06.2026
Servissiz qalan Çin avtomobilləri: Haqsız rəqabət mühiti formalaşır, xaos yaranır
Ceyhun Bayramov Hakan Fidanla telefonla danışdı
19:16 27.06.2026
Ceyhun Bayramov Hakan Fidanla telefonla danışdı
Həftəsonu daha da dəhşətli olacaq - Son 150 ilin rekordu qeydə alındı
19:14 27.06.2026
Həftəsonu daha da dəhşətli olacaq - Son 150 ilin rekordu qeydə alındı
Motosikleti “protiv” sürüb yolda hamıya təhlükə yaratdı - Araşdırma aparılır - Video
19:09 27.06.2026
Motosikleti “protiv” sürüb yolda hamıya təhlükə yaratdı - Araşdırma aparılır - Video
Oğlunun dəfninə qatılmayıb, məzarına getmir - “Onu torpaq altında təsəvvür edə bilmirəm”
19:04 27.06.2026
Oğlunun dəfninə qatılmayıb, məzarına getmir - “Onu torpaq altında təsəvvür edə bilmirəm”
Azərbaycan Ordusu gücünə görə dünyada neçəncidir?
18:57 27.06.2026
Azərbaycan Ordusu gücünə görə dünyada neçəncidir?
Bakıda binanın damında yeni mənzil tikib satışa çıxardılar - Video
18:53 27.06.2026
Bakıda binanın damında yeni mənzil tikib satışa çıxardılar - Video
“Bir qədər tələsikliyə yol verilib” - AMEA-dan həmin görüntülərlə bağlı açıqlama - Video
18:50 27.06.2026
“Bir qədər tələsikliyə yol verilib” - AMEA-dan həmin görüntülərlə bağlı açıqlama - Video