İnsan və heyvan dərmanları eyni aptekdə satılır - Kürdəmirdə əhali təhlükədə

İnsan və heyvan dərmanları eyni aptekdə satılır - Kürdəmirdə əhali təhlükədə
SOSİAL
17:10 20.06.2018
5706
Kürdəmir rayonunun Sığırlı kəndində insanlar üçün nəzərdə tutulmuş dərmanlar heyvan dərmanları ilə birlikdə satılır. Xüsusi soyuducuları və saxlanma yerləri olmayan, birgə satışı qadağan olunan, lisenziyasız və orta təhsilli satıcı ilə fəaliyyət göstərən bu obyektə kimlərin göz yumduğu sual doğurur. Ağac və güllərin mühafizəsi, habelə əkin sahəsi üçün nəzərdə tutulan yüksəktəsirli dərmanların da burada satışı acı gülüş doğurur. 

Dəfələrlə kənd camaatı aptekin qurbanına çevrilməkdən son anda qurtulublar. Belə ki, yalnış və ya vaxtı keçmiş dərmanları aldanaraq alan sadə kəndlilər məsələni sonradan başa düşüblər. Bəzilərinin isə ev heyvanları tələf olub. Onlar dəfələrlə Kənd Təsərrüfatı, Səhiyyə, İqtisadiyyat nazirliklərinə şikayət etsələr də məsələni gəlib araşdıran olmayıb. Günahkar öz cəzasını çəkmək əvəzinə, Kürdəmir rayonunun mərkəzində də əlavə olaraq bu cür aptek açıb. 
Kənd camaatı alternativ aptekin açılması üçün dəfələrlə müraciət etsə də, müvafiq qurumlar heç bir reaksiya verməmiş, sözügedən aptekin sahibi Sakit Məmmədova yaşıl işıq yandırıblar. Görünür S.Məmmədov onlarla "səmərəli” əməkdaşlıq qura bilib. 

S.Məmmədovun üzərinə dərmanlara görə şikayətə gedənlər isə dəfələrlə rayon polisinin təzyiqi ilə susdurulublar. 

Sığırlı kəndinin sakinləri bu məsələdə onlara kömək edilməsi üçün redaksiyamıza müraciət edərək, şikayətlərinin Azərbaycan Respublikasının Birinci Vitse-Prezidenti Mehriban xanım Əliyevaya, Prezidentin ərazi-təşkilat məsələləri üzrə köməkçisi Zeynal Nağdəliyevə, kənd təsərrüfatı naziri İnam Kərimova, iqtisadiyyat naziri Şahin Mustafayevə və səhiyyə naziri Oqtay Şirəliyevə çatdırılmasını xahiş edirlər. 
Mövzunu davam etdirəcəyik.
 
7news.az
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Xəzərdə suyun səviyyəsinin azalması balıqçılıq sektoru üçün çətinliklər yaradıb - VİDEO
07:10 26.03.2026
Xəzərdə suyun səviyyəsinin azalması balıqçılıq sektoru üçün çətinliklər yaradıb - VİDEO
Aİ və Çin Ukrayna, İran və Tayvanla bağlı hərbi məsləhətləşmələr aparıb
05:39 26.03.2026
Aİ və Çin Ukrayna, İran və Tayvanla bağlı hərbi məsləhətləşmələr aparıb
Karibdə narkotik əməliyyatı: ABŞ qayığı vuruldu
05:32 26.03.2026
Karibdə narkotik əməliyyatı: ABŞ qayığı vuruldu
Putin Rusiyadan 100 qramdan artıq qızıl külçələrin ixracını qadağan edib
03:07 26.03.2026
Putin Rusiyadan 100 qramdan artıq qızıl külçələrin ixracını qadağan edib
Ağ Evdən sərt xəbərdarlıq: Tramp İranı daha güclü zərbə ilə hədələyir
02:49 26.03.2026
Ağ Evdən sərt xəbərdarlıq: Tramp İranı daha güclü zərbə ilə hədələyir
Buşehr AES-də gərginlik artır: 163 nəfər daha təxliyə olundu
02:31 26.03.2026
Buşehr AES-də gərginlik artır: 163 nəfər daha təxliyə olundu
Netanyahu: "İsrail Livanda genişləndirilmiş bufer zonası yaradır"
02:21 26.03.2026
Netanyahu: "İsrail Livanda genişləndirilmiş bufer zonası yaradır"
İran XİN başçısı: Tehran Hörmüz boğazından dost ölkələrin gəmilərinin keçidinə icazə verib
01:34 26.03.2026
İran XİN başçısı: Tehran Hörmüz boğazından dost ölkələrin gəmilərinin keçidinə icazə verib
Xaricdən gətirilən avtomobillərdə gecikmə: qiymətlər arta bilər - Video
01:09 26.03.2026
Xaricdən gətirilən avtomobillərdə gecikmə: qiymətlər arta bilər - Video
"Deyir ki, sizə göz verib işıq verməyəcəyəm" - Bibi və qardaşı qızı arasında ev davası - VİDEO
00:49 26.03.2026
"Deyir ki, sizə göz verib işıq verməyəcəyəm" - Bibi və qardaşı qızı arasında ev davası - VİDEO
Qalmaqallı prokuror işdən çıxarıldı
00:07 26.03.2026
Qalmaqallı prokuror işdən çıxarıldı
Xəstəxanaya aparılırdı, yolda qardaşı ilə birgə öldü
00:05 26.03.2026
Xəstəxanaya aparılırdı, yolda qardaşı ilə birgə öldü
Bu şəxslərin pensiyası övladına veriləcək
23:52 25.03.2026
Bu şəxslərin pensiyası övladına veriləcək
Hava şəraiti dəyışəcək XƏBƏRDARLIQ - Video
23:45 25.03.2026
Hava şəraiti dəyışəcək XƏBƏRDARLIQ - Video
Əraqçi: Düşmənin İranı parçalamaq planları iflasa uğrayıb
23:33 25.03.2026
Əraqçi: Düşmənin İranı parçalamaq planları iflasa uğrayıb
Tramp yaxın günlərdə atəşkəs elan edə bilər
23:12 25.03.2026
Tramp yaxın günlərdə atəşkəs elan edə bilər