"İnsanın dostu onun cibidir, çünki..." - Aysun

"İnsanın dostu onun cibidir, çünki..." - Aysun
MAQAZİN
12:35 11.06.2026
206
"Çətin günlərimdə anladım ki, insanın dostu yoxdur".

AZXEBER.COM xəbər verir ki, bu sözləri müğənni Aysun İsmayılova "Xoş sabah" proqramında qonaq olarkən səsləndirib.

İfaçı bildirib ki, həyatının mürəkkəb dönəmlərində yaxın hesab etdiyi bəzi insanların ona qarşı gözlənilməz münasibəti ilə qarşılaşıb.

Aysunun sözlərinə görə, insanların əsl siması daha çox çətin vaxtlarda üzə çıxır:
 
"Dost sadəcə sənin cibindir. Əgər pulun varsa, dostun da var. Yıxıldınsa, heç kəs sənin əlindən tutmayacaq. Düşünəcək ki, bu bir də qalxa bilməyəcək. Mən hər şeyi qarşılıqlı yaşayan insanam. Kim mənə qarşı necədirsə, mən də ona qarşı eləyəm".

Müğənni vurğulayıb ki, yaşadığı təcrübələr ona insanlara münasibətdə daha diqqətli olmağı öyrədib və artıq hər kəsə əvvəlki kimi asanlıqla etibar etmir.
 
Aysel

OXŞAR XƏBƏRLƏR