İnsanlar arasında aqressiya niyə artır? - Psixoloq açıqladı

İnsanlar arasında aqressiya niyə artır? - Psixoloq açıqladı
SOSİAL
17:27 17.09.2025
180
Son dövrlər ölkədə insanların bir-birinə qarşı aqressiv davranışlarının artması müşahidə olunur. Demək olar ki, hər gün mediada ailədaxili münaqişələr, zorakılıq və qətl hadisələri ilə bağlı məlumatlara rast gəlinir. Bu isə cəmiyyətdə narahatlıq doğuran əsas mövzulardan birinə çevrilib.

Psixoloq Sevinc Baxışova AZXEBER.COM-a açıqlamasında vurğulayıb ki, insanlar arasında aqressiya halları artıb: 

"Ümumiyyətlə, təkcə cinayətlərdə deyil, demək olar ki, bütün sahələrdə insanlarda aqressiya hiss olunur. Əslində cinayət, intihar və digər neqativ halların hamısı nəticədir. Bu nəticəni doğuran əsas səbəb isə insanların bir-birini başa düşməyə çalışmamasıdır. Əgər biz dinləməyi və qarşı tərəfi anlamağı bacarsaq, aqressiyanın qarşısını almaq mümkündür”.

Ekspert bildirib ki, insanın davranış səviyyəsini tənzimləmək üçün psixoloji müdaxilələr mövcuddur:

"Bu, gərginliyi azaltmağa, vəziyyətin daha da pisləşməsinin qarşısını almağa kömək edir. Daha ağır hallarda isə, yəni fərd özünə və ətrafına zərər verdikdə, mütəxəssis dəstəyi zəruri olur”.

Şahanə Ziyad
OXŞAR XƏBƏRLƏR