İnsanlar nəyə görə qeybət etməyə meyllidir? - Psixoloq səbəbini açıqladı

İnsanlar nəyə görə qeybət etməyə meyllidir? - Psixoloq səbəbini açıqladı
MARAQLI
16:13 09.10.2025
235
"Qeybət – bir insanın arxasınca, onun xoşuna gəlməyəcək və ya xoşlamayacağı sözlər danışmaq, onu təhqir etmək, nüfuzuna, şərəfinə və ləyaqətinə zərər vurmaq məqsədi ilə arxasınca danışmaq deməkdir”.

Bu fikirləri AZXEBER.COM-a açıqlamasında psixoloq Sevinc Baxışova deyib.

O bildirib ki, qeybət sözü gündəlik həyatımızda tez-tez rast gəlinir: 

"Qeybət sözü ilə gündəlik həyatımızda tez-tez rastlaşırıq. Lakin əslində çox dərin mənalar daşıyan sosial-etik anlayışlardan biridir. İnsanlar bəzən məşğuliyyətsizlikdən və ya öz həyatlarında çatışmazlıqlar hiss etdiklərindən başqalarının həyatına müdaxilə etməyi daha çox sevirlər. Bu müdaxilə bəzən qeybətə çevrilir və insanlar qeyri-şüurlu şəkildə, başqalarının həyatını tənqid etməklə rahatlamağa çalışırlar. Əgər kimsə haqqında danışırsınızsa və geyimləri, ya da etdikləri barədə düşündüklərinizi söyləyirsinizsə, məhz bu qeybət sayılır”.

Psixoloq qeyd edib ki, bu xasiyyət deyil, qorxunc bir xəstəlikdir: 

"Bu xasiyyət deyil, qorxunc bir xəstəlikdir. Hazırda belə bir diaqnoz olmasa da, inanıram ki, yaxın zamanlarda insanların bu xəstəliyin müalicəsinə olan böyük tələbatını nəzərə alaraq psixologiya elmi bunu psixoloji xəstəliyin ən qorxunc növü kimi təsdiq edəcək. Ən pisi odur ki, millət olaraq bu diaqnozun statistikada ən çox qeydə alınanlar sırasında ön yerlərdən birində yer alacağıq”.

Sevinc Baxışova vurğulayıb ki, bu xəstəliyə yoluxmuş insanları tanımaq o qədər də çətin deyil:

"Onlar cəmiyyət içində daha çox diqqəti yayındıran biri kimi görünürlər. Çünki daima ətrafdakı insanları analiz etdiklərinə və tapdıqları mövzunu danışmağa, genişləndirərək yaymağa vasitə axtardıqlarına görə həmişə beyinləri məşğul vəziyyətdə olur və özlərindən bixəbər donuq üz ifadəsi alırlar”. 

Şahanə Ziyad
OXŞAR XƏBƏRLƏR