"İnsanlar vaxtında eşidilsəydi, etirazlar olmazdı”.
AZXEBER.COM xəbər verir ki, bu sözləri İran Prezidenti Məsud Pezeşkian deyib.
O İqtisadiyyat naziri və onun müavinləri ilə görüşdə bildirib ki, hakimiyyət cəmiyyətin müxtəlif təbəqələrinin - tacirlərin, bazar işçilərinin və digər sosial qrupların problemlərini böhran mərhələsinə çatmadan həll etməlidir.
Onun sözlərinə görə, sosial və iqtisadi narazılıqlar vaxtında nəzərə alınmadıqda, insanlar son çarə kimi etirazlara üz tutur.
Pezeşkian iqtisadi siyasətdə strateji prioritetlərdən biri kimi inkişafın əsas yükünün Tehrandan regionlara keçirilməsini göstərib.
Xüsusilə cənubdakı liman şəhərlərinin iqtisadi inkişafının sürətləndirilməsinin vacibliyini vurğulayıb.
Prezidentin fikrincə, regional inkişaf həm iqtisadi tarazlığın qorunmasına, həm də sosial gərginliyin azalmasına töhfə verə bilər.








































