İnsanlara hücum edən “şeytan pişik” peyda olub

DÜNYA
12:04 29.11.2013
1441

Böyük Britaniyanın Kornuell qraflığında “Şayni” ləqəbli qara pişik qonşulara hücum edərək onları dişləyir və cırmaq atır.

AZXEBER.COM “The Daily Mail”ə istinadən xəbər verir ki, onun sahibləri iddia edirlər ki, pişik özünü evdə sakit aparır və çox mehriban pişikdir.

Lakin qonşular “Şayni” “şeytan pişik” adlandırırlar.“O, bizim evə girərək üzərimə atıldı və məni dişləməyə, dırnaqları ilə cırmaqlamağa başladı. Mən xəstəxanaya getməli oldum”, - deyə qonşu Pola Barton bildirib.Qonşular sözügedən pişiyin hücumu ilə bağlı 5 dəfə polis çağırmaq məcburiyyətində qalıblar. Pişik axtalanıb.

OXŞAR XƏBƏRLƏR