İnsanları peyvəndin tapılacağına inandırmaq olmaz – Azərbaycanlı həkim

İnsanları peyvəndin tapılacağına inandırmaq olmaz – Azərbaycanlı həkim
SAĞLAMLIQ
14:49 18.06.2020
1423
"Koronavirus əleyhinə peyvəndin kəşfini bütün insanlar kimi, tibbi işçiləri də səbrsizliklə gözləyir. Amma hər kəs bilməlidir ki, peyvəndin tapılması onun həmin dəqiqə kütləvi şəkildə insanlar üzərində icrasına başlamaq demək deyil. Peyvəndin tətbiq olunacağı zaman isə sadəcə, hələ ki proqnozlaşdırılır.”

AZXEBER.COM xəbər verir ki, bu fikirləri Lent.az -a Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri, Köln Universiteti Klinikasının tibb elmləri doktoru Nuran Abdullayev deyib.

Onun sözlərinə görə, hazırda dünyada tüğyan edən koronavirus infeksiyası ümumbəşəri problem olduğu üçün peyvəndin hazırlanması həllinə yönələn işlər də kompakt olmalıdır: "Mən və digər həkim həmkarlarımız peyvəndin hazır olmağı ilə bağlı bundan əvvəl də kifayət qədər məlumatlar vermişik. Hazırda tibb mütəxəssisləri və elm adamlarının bu istiqamətdə həyata keçirdiyi işlər hələ də davam edir və kifayət qədər tutarlı elmi tədqiqatlar var. Bəziləri artıq insanlar üzərində tətbiq olunub. Amma bu hələ peyvəndin artıq satışa çıxmağı və ya başqa ölkədə tətbiqinə başlanması demək deyil. Hər kəs bilməlidir ki, peyvəndin ərsəyə gəlməsi təkcə aparılacaq elmi tədqiqatlardan asılı deyil, eyni zamanda tibbi preparatlar istehsal edən nəhəng şirkətlərin verdiyi önəmli qərarlardan da asılıdır. Bu gün isə həmin nəhəng şirkətlərin öz aralarında olan informasiya müharibəsinin qurbanları sadə insanlar olur. Hər dəfə peyvəndin tam hazır olduğuna ümidlənirlər. Buna görə də millətimizi tibb sahəsindəki peşəkarlara və elm adamlarına inanmağa çağırıram”.

Tibb elmləri doktoru hesab edir ki, insanları peyvəndin daha tez tapılacağına inandırmaq cəmiyyəti sosial təcrid qaydalarına əməl etməkdən yayındıra bilər: "Biz bunu dəfələrlə demişik: sosial təcridə riayət etməmək, eləcə də tibbi maskadan istifadədən yayınmaq cəmiyyəti faciəyə sürükləyə bilər. Onsuz da koronavirusun mövcudluğuna qarşı inamsızlığı olan cəmiyyəti peyvəndin tez bir zamanda tapılacağına inandırmaq və elə ona görə də tətbiq olunan qaydaları pozmağa dəvət etmək sadə məsələdir. Amma bunun nəticəsi xalqı ölümə aparmaq deməkdir. Hazırda peyvəndin tapılmasına qədər olan ən önəmli mərhələ virusun yayılmasının qarşısının alınmasına çalışmaqdır”.


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
“Həcc ziyarəti üçün qiymət artımı qaçılmazdır” - QMİ
17:05 23.09.2026
“Həcc ziyarəti üçün qiymət artımı qaçılmazdır” - QMİ
“Bir az dadım, görüm xarabdırmı?” –  Evdə hazırlanan qida məhsulları ilə bağlı XƏBƏRDARLIQ
16:35 23.09.2026
“Bir az dadım, görüm xarabdırmı?” – Evdə hazırlanan qida məhsulları ilə bağlı XƏBƏRDARLIQ
Beynəlxalq tədbirlər zamanı nəqliyyat necə tənzimlənməlidir? - Tıxaclar hər yerdə olur, əsas bu addımlardır..
16:21 23.09.2026
Beynəlxalq tədbirlər zamanı nəqliyyat necə tənzimlənməlidir? - Tıxaclar hər yerdə olur, əsas bu addımlardır..
“Mərkəzi Nəbatat Bağı” və “Dendrologiya Bağı” birləşdirildi
16:15 23.09.2026
“Mərkəzi Nəbatat Bağı” və “Dendrologiya Bağı” birləşdirildi
Ermənistan-Türkiyə sərhədi açılacaq? – Türkiyəli generaldan açıqlama
16:13 23.09.2026
Ermənistan-Türkiyə sərhədi açılacaq? – Türkiyəli generaldan açıqlama
Nərimanovda 31 kiloqram narkotik vasitə aşkarlandı
16:06 23.09.2026
Nərimanovda 31 kiloqram narkotik vasitə aşkarlandı
Doktorant və gənc tədqiqatçıların 29-cu Respublika elmi konfransı keçiriləcək
15:58 23.09.2026
Doktorant və gənc tədqiqatçıların 29-cu Respublika elmi konfransı keçiriləcək
Mətbuat Şurasında “süni intellekt və media” mövzusunda tədbir keçirildi - FOTOLAR
15:41 23.09.2026
Mətbuat Şurasında “süni intellekt və media” mövzusunda tədbir keçirildi - FOTOLAR
Suriyada tarixində ilk: Qadın polislər məzun oldu - FOTOLAR
15:31 23.09.2026
Suriyada tarixində ilk: Qadın polislər məzun oldu - FOTOLAR
Çin lideri ABŞ-a yola düşüb
15:20 23.09.2026
Çin lideri ABŞ-a yola düşüb
E-QİYMƏT.az adlı yeni xəbər portalı fəaliyyətə başladı
14:46 23.09.2026
E-QİYMƏT.az adlı yeni xəbər portalı fəaliyyətə başladı
Əfv Sərəncamının icrasına başlanılır
14:31 23.09.2026
Əfv Sərəncamının icrasına başlanılır
Maaşlar artdıqca qiymətlər də bahalaşır – Gələcəkdə vətəndaşları nə gözləyir?
14:29 23.09.2026
Maaşlar artdıqca qiymətlər də bahalaşır – Gələcəkdə vətəndaşları nə gözləyir?
“Sən Alimsən axı, sən də Üzeyir... ” - Gündəm olan duetə sözardı
14:16 23.09.2026
“Sən Alimsən axı, sən də Üzeyir... ” - Gündəm olan duetə sözardı
Mərkəzdə mənzil axtaranlar üçün yeni imkanlar: Nərimanovda satışlar başladı
14:08 23.09.2026
Mərkəzdə mənzil axtaranlar üçün yeni imkanlar: Nərimanovda satışlar başladı
“Daha çox izlənmək istəyirsinizsə...” – Osman Gündüz
14:06 23.09.2026
“Daha çox izlənmək istəyirsinizsə...” – Osman Gündüz