“İnsanların həyatını biznesin pozitiv gücü ilə yaxşılaşdırmaq” adlı seminar keçiriləcək

GƏNCLİK
15:04 24.11.2017
1716

Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatı (AGAT) 28 noyabr, 2017-ci il tarixində, 16:00-da Etika Akademiyasında (Nərimanov rayonu, Həsənoğlu 8 küçəsi) "İnsanların Həyatını Biznesin Pozitiv gücü ilə yaxşılaşdırmaq” adlı seminar keçirəcək.

AZXEBER.COM xəbər verur ki, seminarın əsas məqsədi gənclərə biznesin qurulmasında təməl alətlərin müəyyən edilməsi, start-up layihələr hazırlanmasına dair təcrübənin bölüşülməsi barədə məlumatlandırmaqdır. Seminarın interaktiv keçirilməsi nəzərdə tutulub.

Seminarda təlimçi Enaktus Azərbaycan təşkilatının rəhbəri, Kəmalə Məmmədli olacaqdır. Seminar ödənişsizdir.

Seminarda iştirak etmək istəyənlər [email protected] ünvanına təsdiq məktubu göndərə bilərlər.

OXŞAR XƏBƏRLƏR