“Instagram” daha bir yeni funksiyasını təqdim etdi

MARAQLI
12:18 11.11.2022
267

"Instagram” daha bir yeni funksiyasını təqdim edir.

AZXEBER.COM xəbər verir ki, "Instagram” son vaxtlar tətbiqdə yeniliklərin sayını artırıb.

"Instagram” CEO-su Adam Mosseri dünən paylaşılacaq məzmunun vaxtını və masaüstü dizaynının yenilənməsini açıqladıqdan sonra qeydlər özəlliyi də tədricən istifadəçilərə təqdim edilir.

Daha əvvəl tətbiq olunacağı açıqlanan və test mərhələsində olduğu bilinən xüsusiyyət bir müddətdir istifadəçilərə təqdim edilmişdi.

Bu funksiya hazırda mobil proqramda aktivdir. O, hələ masaüstü versiyasına daxil edilməyib.

Qeyd edək ki, istifadəçilər qeydlərdə 60 simvoldan ibarət mətn yaza və digər istifadəçilərin yazdıqlarına cavab verə bilərlər.

Ayşən

OXŞAR XƏBƏRLƏR