"İnstagram" və "Facebook"un işində problem yaranıb.
AZXEBER.COM xəbər verir ki,bu problemlə dünyanın milyonlarla istifadəçisi üzləşib. İzləyicilərdən bəziləri "İnstagram" hesablarına daxil ola bilməsələr də, daxil olub səhifəsini yeniləyə bilməyən istiadəçilər də var.
Eyni hal "Facebook" istifadəçilərinin başına gəlib. Belə ki, şəxsi səhifələrinə daxil olan istifadəçilər sosial şəbəkənin heç bir funksiyasından istifadə edə bilməyiblər.
Qeyd edək ki, "Instagram”da isə problemlər saat 18:01 başlayıb.
"Facebook” üzrə əsas şikayətlər ABŞ, Filippin, Böyük Britaniya, Niderland, Braziliya və Perudan daxil olub. "Instagram”ın işi isə əsasən ABŞ, Britaniya, Fransa və Niderlandda iflic olub.
Eyni problemlər Azərbaycanda da qeydə alınıb.