'Instagram'a sutka ərzində 5 milyon video yükləndi

DÜNYA
15:53 24.06.2013
1304

Ötən cümə axşamı Facebook sosial şəbəkəsində “Instagram” xidmətinə videoyazı yükləmək imkanı verən yeni funksiya istifadəyə verilib.

AZXEBER.COM-un məlumatına görə, indi “Instagram” istifadəçiləri davamlılığı 3-15 saniyə olmaq şərti ilə çarxlar yaratmaq və onları 13 yeni süzgəc vasitəsilə redaktə etmək imkanına malikdirlər.“Instagram” xidməti əvvəllər yalnız şəkil yükləmək və onları redaktə etmək imkanı verirdi. Yeni funksiyanın istifadəyə verilməsi sensasiyaya çevrilib və təqribən bir sutkaya ora təxminən 5 milyon videoyazı yerləşdirilib.

OXŞAR XƏBƏRLƏR