"İnstagram"dan bir gündə rekord satış: 1 gündə 660 milyon...

MARAQLI
14:00 10.04.2023
210
 
"Instagram"da mavi tık yoxlaması ilə istifadəçilər bir gündə 44 milyon alış-veriş ediblər.

AZXEBER.COM Türkiyə mətbuatına istinadən xəbər verir ki, şirkət bu satışlardan 24 saat ərzində 660 milyon dollar gəlir əldə edib.

Dünyanın ən populyar sosial media platformalarından biri olan "Twitter", "Twitter Blue" abunəliyində ayda 8 dollara məşhur istifadəçilərin mavi işarə xüsusiyyətini təqdim etməyə başlayıb.

"Twitter"dən sonra "Instagram" da təsdiqlənmiş hesab nişanlarını satmağa başlayıb.
 
İllərdir lazımi şərtlərə cavab verənlərə pulsuz olaraq mavi tık verən "Instagram" indi bu funksiyanı ödənişli edib.

Ödənişli mavi tık proqramının daha çox ölkəyə getməsi ilə satışların daha da artması gözlənilir.

Qeyd edək ki, ötən həftələrdə başlayan ödənişli mavi tık proqramında veb tətbiqi üçün $11.99, mobil üçün $14.99 üçün aylıq abunə tələb olunur.
 
Müəyyən sənədləri təqdim etdikdən sonra 18 yaşdan yuxarı istifadəçilər mavi işarə almaq hüququna malikdirlər.
 
Gülay

OXŞAR XƏBƏRLƏR