İnstaqram yeni funksiyasını istifadəyə verdi

İnstaqram yeni funksiyasını istifadəyə verdi
MEDİA
08:38 22.10.2021
288
İnstaqram sosial şəbəkəsi kompüterdə brauzer vasitəsilə foto və videonun yükləməsi imkanını tətbiq edib.

AZXEBER.COM xəbər verir ki, bu barədə sosial şəbəkənin mətbuat xidməti tviterdə yazıb.

"Biz nəhayət bu funksiyanı işə salmağa məmnunuq. İndi siz fotonu və müddəti 1 dəqiqəyə qədər olan videonu brauzer vasitəsilə birbaşa instaqrama yerləşdirə bilərsiniz", - sosial şəbəkədən qeyd edilib.

Qeyd edək ki, əvvəllər məzmun yükləmək qabiliyyəti ancaq mobil cihazlardan mövcud idi, brauzer vasitəsilə yalnız paylaşımları görmək və qiymətləndirmək mümkün idi.
OXŞAR XƏBƏRLƏR