"İntahar cazibəli bir qadın oldu çətinə düşənlərin qucağına girdiyi"

"İntahar cazibəli bir qadın oldu çətinə düşənlərin qucağına girdiyi"
KÖŞƏ
12:20 30.09.2014
5187

Yazıq

Bir dəfə, iki dəfə, üç dəfə... İnsanlar sevdi fikir verməməyi, heçnəyə, fikirləşməməyi və tez qəbul etməyi başına gələnləri. Tez öyrəşib hərşeyi “ zaman ”a buraxmağı. Ölümü isə çıxılmaz vəziyyətdə, əlində tək variant kimi saxlamağı. Böyük sözü dəyərsiz oldu. Sonu peşmançılıq. “ Tövsiyyəni özünə saxla, mənə lazım deyil ” dedilər böyük bir cəsarətlə. Başa düşmədirlər valideyinin insanın yerdəki Allahı olduğunu, onlar qədər səni kimsə sevə bilməz.  Ata olmadıqda ata tövsiyyəsi istədilər, ata varkən qiymətini bilmədilər. Eh... Yazıq. Pulu insan yaratdı, pul insanı satın aldı. Pul önəmli oldu, yataqda namusu satın aldı. Şəhvətə uduzdu. Bir anlıq xəta, ömrün geri qalanı partlaq təkər kimi getdi. Dəliqanlılar iç səslərinə uduzdular bu namus və şəhvət oyununda, sonu isə beyində mərmi ilə bitdi. Bir, iki, üç, işarət barmağı tətikdə, gözünü bərk qırpıb, dişlərini sıxıb tətiyi çəkdi. Part! Və son. Yazıq.

Pulu Allah saydılar, özlərini ona qul. Qəbul etməyənə gülünc, yuxarıdan – aşağı baxdılar. Dünyanın yarsı kral oldu, yarsı daha uşaqkən öldü acından... Cavanlar pulu 10 dəqiqəlik həvəs üçün xərclədikdə, nə qədər adam günə 1 dollara möhtac qaldı, fikir vermədilər. Qızlar əsas “ yaxşı xasiyyəti olsun ” dedi, sonra “maşını yoxdursa getmirem”... Moda yaratdılar, milləti soyundurdular. Mini geyinib “ yaraşır geyinirəm ”dedilər, bilmədilər, Allahın məharəti ilə fəxr etdilər, öz məharətlərimiş kimi. Biraz da ağıl qoyulsaydı kaş gözəlliyin yanına. Nə əcayib bir hiss olar, sevdiyinin proffessional pozğun çıxması. Dara düşən yenə ölüm, yenə intahar. Intahar cazibəli bir qadın oldu çətinə düşənlərin qucağına girdiyi. Sevgi oyun oldu, sevirəm sözü onun oyuncağı. Qız oğlana, oğlan qıza atdı suçu. Ikimiz də eyniyik. Otur fikirləş istəyirsən, həyatında ilk dəfə də olsa! Çıxart gözündəki eynəyi, bax və  fikirləş. Dua et arada bir. Günah işləyib çəkinmədən şeytanın üstünə atma günahı. “Bir dəli şeytan deyir ki...”deyib. Bir gün denən ki, “ bir dəli şeytan deyir bu kasıba, bu qocaya, bu uşağa kömək et ” . Burax şeytan da savab qazansın. O da yazıq... Çətin müharibədi, insanın ömür boyu özü ilə verdiyi... Yaralı və açıq ürəkli çıxanlardı ancaq insanlıqdan geri qalanlar. Çətindi. Siqareti kişiliyin açarı kimi təbliğ etdilər, 5-ci sinifdə oxuyan uşağın əlində görər olduq artıq zəhəri. “Aristokrat” kimi görsənmək istədi, ailənin çətinliklə qazandığı beş manatı  bahalı məkanlarda xərclədi qız, dodağında siqareti ilə. Çox yazıq çox.

Yaşlandılar, siqaret az gəldi , daha maraqlı şey axtardılar , uyuşdurucu tapdılar. Yavaş - yavaş intahar, yavaş - yavaş ölüm. “Məndən asılıdır”dedilər, “istəsəm bu dəqiqə ataram”. Atdılarda, bir sonrakını dözməyib çəkənə qədər.

 

OXŞAR XƏBƏRLƏR