xari

İntellektualların “Nar” kuboku uğrunda mübarizəsi başlayır

İQTİSADİYYAT
19:43 19.02.2021
208
"Nar”ın baş sponsorluğu ilə ölkənin ən maraqlı və baxımlı intellektual yarışı olan "Breyn Rinq”in 17-ci mövsümü başlayır. Bilik yarışının builki mövsümündə respublikanın 6 bölgəsi və 6 ali məktəbini təmsil edən 16 seçilmiş komanda olimpiya sistemi üzrə mübarizə aparacaq.
 
AZXEBER.COM xəbər verir ki, yarışda iştirak edəcək komandalar region, universitet və sponsor komandaları olmaqla 3 diviziona bölünüb. Hər divizion üzrə qalib gələcək komandalar finalda "Nar” tərəfindən təsis edilmiş "Nar” kuboku uğrunda mübarizə aparacaqlar. Qeyd edək ki, builki mövsümdə ilk dəfə "Nar”ın dəstəklədiyi "Qarabağ” komandası da mübarizəyə qoşulacaq. Komandanın üzvləri işğaldan azad edilmiş bölgələrin intellektualları olacaq. Fevralın 19-dan start götürəcək yarış hər həftənin cümə günü saat 22:00-da İctimai Televiziyada yayımlanacaq.

Qeyd edək ki, ölkədə karantin rejiminin davam etməsi ilə əlaqədar olaraq yarış pandemiya şərtlərinə uyğun keçiriləcək. Belə ki, hər buraxılışda tamaşaçıların iştirakı olmadan sadəcə iki komanda mübarizə aparacaq. Bundan başqa, yarışda iştirak edən hər komanda və heyət üzvü çəkilişdən öncə "COVİD-19” testindən keçməlidir.

Televiziya tamaşaçılarının yarışlara olan marağını daha da artırmaq məqsədilə hər il olduğu kimi bu il də "Nar”ın "Twitter” səhifəsində yarış keçiriləcək. Hər zaman gənclərin intellektual inkişafına xüsusi önəm verən "Nar”, artıq 9 ildir ki, "Breyn Rinq” intellektual yarışının baş sponsorudur. "Nar”ın digər layihələri ilə burada tanış olmaq olar.

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

21:07 02.03.2021

Bakının məkəzində dörd naməlum şəxs oğlan və qızı döydü

20:59 02.03.2021

Rusiyalı ekspert: "İlham Əliyev Azərbaycanın məsuliyyətli, sivil obrazını yaratdı"

20:35 02.03.2021

Türkiyədə toylara bu şərtlərlə icazə veriləcək

19:42 02.03.2021

Şri-Lankada “cin çıxarma” adı ilə doqquz yaşlı qızı ölənə kimi döydülər

19:15 02.03.2021

Gürcüstanın XİN başçısı sabah Türkiyəyə səfər edəcək

18:40 02.03.2021

Qoşulmama Hərəkatında Simulyasiya Məşğələsi – Ceyhun Bayramov çıxış etdi

18:14 02.03.2021

İlham Əliyev hərbi xidmətə çağırışla bağlı sərəncam imzaladı

18:10 02.03.2021

Mikayıl Cabbarov: "Bu il dövlət sosial sığorta ödənişləri üzrə daxilolmalar 8,8% artıb"

18:04 02.03.2021

Bakıda dələduzluqla məşğul olan “general” azadlığa buraxıldı

17:47 02.03.2021

Müdafiə Nazirliyi: Hazırda itkin düşmüş hərbçilərin sayı 28 nəfərdir

17:44 02.03.2021

Sabiq icra başçısının həbs müddəti uzadıldı

17:37 02.03.2021

MN: Qarabağda xidmət edən hərbçilərin maaşına 100 faiz həcmində əlavə edilib

17:29 02.03.2021

Tağı Əhmədovun səhhətində ciddi problem yaranıb - Məzuniyyətə çıxdı

17:26 02.03.2021

AZAL: Ləğv edilmiş reyslərin biletləri yenidən təxsis ediləcək

17:19 02.03.2021

Yeni nazir "Azərpoçt"un baş direktorunu vəzifəsindən azad etdi

17:15 02.03.2021

DİM: Qaydaları pozan 3 nəfərin imtahan nəticələri ləğv edilib