"İnter" Avroliqanı sülhlə tərk etdi

İDMAN
02:09 07.08.2015
1218

Bu gün futbol üzrə Avropa Liqasının III təsnifat mərhələsinin cavab qarşılaşmaları keçirilib.

AZXEBER.COM xəbər verir ki, turnirdə Azərbaycanı təmsil edən Bakının "İnter" klubu doğma divarlar arasında İspaniyanın məşhur "Atletik" (Bilbao) kollektivi ilə qarşılaşıb.

Səfərdə güclü rəqibinə 0:2 hesabı ilə məğlub olan Bakı klubu öz meydanında 0:0-lıq nəticə göstərərək Azərbaycana reytinq xalı qazandırıb və Avroliqaya vida edib.

Avropa Liqası. III təsnifat mərhələsi. Cavab qarşılaşması

"İnter" (Azərbaycan, Bakı) - "Atletik" (İspaniya, Bilbao) - 0:0

OXŞAR XƏBƏRLƏR